SON XƏBƏRLƏR

Güneyli Ozan Araz Elsəs İzmirdə konsert verəcək

2021.10.20, 07:36
Güneyli Ozan Araz Elsəs İzmirdə konsert verəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı tanınmış Ozan Araz Elsəs qardaş ölkə Türkiyənin İzmir şəhərində konsert verəcək. Konsert cari ilin dekabr ayının 18-də baş tutacaq. Konsert Proqramının təşkilatçısı İzmirdəki Azərbaycan Kültür Mərkəzidir. Yerli vaxt ilə saat 19:30-də başlayacaq olan konsert proqramı İzmir Böyükşəhər Bələdiyyəsi Kültür Müdürlüyünün Fuar İsmət İnönü Kültür Mərkəzində olacaq. Xatırladaq ki Araz Elsəs hazırda İsveçdə siyasi mühacir kimi yaşayan əslən Güney Azərbaycanlı türkdür. O illərdir ki türk dünyasının xüsusi ilə Güney Azərbaycanın milli hüquqlarının pozulması və Dağlıq Qarabağ sorununu öz sazı və sözü ilə dünyaya və soydaşlarımıza çatdırmağa çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar