SON XƏBƏRLƏR

Tehran universitetində daha bir aksiya keçirilib

2021.10.20, 07:36
Tehran universitetində daha bir aksiya keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "Tələbə günü" aksiyalarının dəvamı sürməkdədir. Bu istiqamətdə dünən Dekabrın 8-də Tehran Universitetinin 1000-ə yaxın tələbəsi aksiya keçirib. Aksiya iştirakçıları “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) üzvləri ilə qarşı qarşıya gəliblər. Aksiyaçı tələbələri hər tərəfdən mühasirəyə alan “Bəsic” üzvləri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və gobud rəftarlara əl atıblar. İki saatdan çox sürən aksiyada tələbələr bir çox şüar o cümlədən, “Diktatora ölüm”, “Ya Hüseyn, Mirhüseyn”, “Nə qədər sənə pul verib, əlinə çomaq veriblər?”, “Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar