SON XƏBƏRLƏR

Azərbaycana narkotika keçirənlər İranda cəzasız qalır

2021.10.20, 07:36
Azərbaycana narkotika keçirənlər İranda cəzasız qalır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasında narkotika qaçaqmalçığı geniş yayılıb. Azərbaycanın hüquq-mühafizə orqanları İrandan Azərbaycana narkotika keçirən dəstənin yaхalandığı barədə məlumatlar yayır. Son illər ərzində Azərbaycana qanunsuz yollarla narkotika keçirən onlarla İran vətəndaşı həbs edilir. Onların məhkəməsi keçirilir və müvafiq cəzalar alırlar. Onlardan bir qismi cəza müddətini bitirdikdən sonra və ya cəza müddəti bitməmiş dəyişdirilərək İrana qayıdırlar. Maraqlıdır ki, narkotika qaçırdıqları, satdıqları üçün Azərbaycanda həbsə atılmış İran vətəndaşları ölkəyə qayıtdıqdan sonra məsuliyyətə cəlb edilmirlər. Bunu İrandakı mənbəmiz də təsdiq edir. Məlumata görə, Azərbaycanda narkotika qaçırdığına görə, həbs edilmiş iranlılar İrana qayıdıqda ya yüngül cəza alır, ya da ümumiyyətlə məsuliyyətə cəlb edilmirlər. Məntiqlə islam respublikası olan İranda şəriətə, dini qanunlara zidd həyat tərzi keçirənlər sərt cəzalandırılmalıdır. Bu fakt onu göstərir ki, İran hakimiyyəti narkotikanın daхildə və qonşu ölkələrdə yayılmasına bilərəkdən şərait yaradır. Məqsəd İran gəncliyinin və qonşu ölkələrin gənclərinin bu bəlaya aludə olması, narkotikaya qurşanmasıdır. İran ideoloqlarına görə, gənclik nə qədər narkotikaya qurşansa, siyasi işlərdən, milli məsələdən bir o qədər uzaq olar.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar