SON XƏBƏRLƏR

Qulamhüseyn Mohseni Ejei müxalifətə xəbərdarlıq edib

2021.10.20, 07:36
Qulamhüseyn Mohseni Ejei müxalifətə xəbərdarlıq edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran hökuməti müxalifətə xəbərdarlıq edib ki, etiraz aksiyalarını davam etdirsələr, heç kimə mərhəmət göstərməyəcəklər. İranın rəsmi xəbər agentliyi prokuror Qulamhüseyn Mohseni Ejedən sitat gətirir ki, hakimiyyət milli təhlükəsizlik naminə heç kimə mərhəmət göstərməyəcək. İranda müxalifət hakimiyyət əleyhinə aksiyaları bu bazar günündən başlayıb. Çərşənbə axşamı Tehran Universitetində hakimiyyət və müxalifət lideri Mirhüseyn Musəvi tərəfdarları arasında toqquşma olub. Ümumiyyətlə, toqquşmalarda 200-dən çox adamı saxlayıblar, onlardan 86 nəfəri sonrada buraxıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar