SON XƏBƏRLƏR

GunAz.TV ilə telefon əlaqələrinə görə ittiham olunurlar

2021.10.20, 07:36
GunAz.TV ilə telefon əlaqələrinə görə ittiham olunurlar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə Azərbaycan milli fəallarından olan Behnam Şeyxi və Mahmud Ocaqlının bir həftə öncə Tehranın İslamşəhrində məhkəməsi keçirilmişdir . Şeyxi və Ocaqli Xordad ayinin 19 da islamşəhərdə öz iş yerlərində həbs edilərək 63 gün Evin zindanının 209 cu bölməsində saxlanıldıqdan sonra 50 miliyon tümən pul müqabilində onları zəminə buraxmışdılar . Adı çəkilən fəallara ,rejim əlehinə təbligat ,qanunsuz yıgıncaq, GÜNAZ TV ilə telefon əlaqəsi , pantürkistlərlə əlaqə və tehranın əmirəlmöminin məscidində məhəmməd xatəminin çıxışı zamanı onun irqçı lətifəsinə etiraz etmək ittihamı irəli sürülmüşdür . Bu fəallar yaxalandıqı gündən Evin zindanında müxtəlif işgəncələrə məruz qalaraq 209 cu bölmədə ruhi təziq altında saxlanılmışdır . zindanda qaldıqları müddətdə ailələri və vəkilləri ilə gürüşməyə imkan verilməmişdir . Tehranın 26 saylı inqilab məhkəməsində hakim pirəbbasinin başçılıgı ilə keçirilən məhkəmə gizli keçirilmişdir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar