SON XƏBƏRLƏR

Dünən ki aksiyalarda Haşımının qızı tutulub, Musəvinin xanımına isə hücüm olub

2021.10.20, 07:36
Dünən ki aksiyalarda Haşımının qızı tutulub, Musəvinin xanımına isə hücüm olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, 16 Azər Tələbə Günü münasibətilə dekabrın 7-də Tehranda keçirilən aksiyada keçmiş baş nazir Mirhüseyn Musəvinin xanımına qarşı hücum olub, keçmiş prezident Haşimi Rəfsəncaninin qızını isə saxlayıblar. aksiya zamanı “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının bir neçə üzvü qəflətən Musəvinin xanımı Zəhra Rəhnəvərdə hücum çəkərək onun üz-gözünə təhlükəli bibər qazı səpib. Nəticədə Z.Rəhnəvərdin bir müddət tənəffüs alması çətinləşib və o, müvəqqəti olaraq görmə qabiliyyətini itirib. Tərəfdarları onu təcili hadisə yerindən uzaqlaşdırıblar. Haşimi Rəfsəncaninin qızı Faizə Haşimini isə aksiya yerindən tutaraq bilinməz istiqamətə aparıblar. Onu Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşlarının tutduğu bildirilir. F.Haşiminin tutulduqdan bir neçə saat sonra sərbəst buraxıldığı deyilir. Haşimi Rəfsəncani hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Quruma və Üləmalar Məclisinə rəhbərlik edir. Mirhüseyn Musəvi bu ilin iyununda keçirilən prezident seçkisində hazırkı prezident Mahmud Əhmədinejadın əsas rəqibi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar