SON XƏBƏRLƏR

Amerika və Britanya İranda 7 dekabrda baş verənlərə münasibət bildiriblər

2021.10.20, 07:36
Amerika və Britanya İranda 7 dekabrda baş verənlərə münasibət bildiriblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlar və Britanya dünən İranda tələbə günü münasibəti ilə keçirilən aksiyalarda baş verən hadisələrə münasibət bildiriblər. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Yan Kelli deyib ki, İran hakimiyyətinin dinc nümayişçiləri mütəmadi dağıtması, həbs etməsi və məhkum etməsi onun ölkə konstitusiyasında təsbit olunmuş hüquqlara hörmət etmədiyini göstərir. Britaniyanın xarici işlər naziri Devid Milibend də İranı öz xalqının səsini boğmamağa çağırıb. Qeyd edək ki İrandan alınan məlumatlara əsasən dünən Tehranda təhlükəsizlik qüvvələri ilə hökumət əleyhinə nümayiş edən etirazçılar arasınada qarşıdurma olub. odlu silah işlədilib, gözyaşardıcı qaz istifadə olunub. Polis dəyənəklə etirazçıları döyüb və s.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar