SON XƏBƏRLƏR

PKK terroristləri ilə çatışmada 7 türk əsgəri şəhid olub

2021.10.20, 07:36
PKK terroristləri ilə çatışmada 7 türk əsgəri şəhid olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin Türkiyə Kütləvi İnformasiya Vasitələrinə istinadən yaydığı məlumata görə, PKK terroristləri ilə çatışmada 7 türk əsgəri şəhid olub. PKK terrorçuları Tokat bölgəsinin Reşadiye rayonunun Sazak kəndi yaxınlarında patrul xidməti yerinə yetirən əsgərlərə atəş açıblar. “Ensonhaber.com” saytının verdiyi məlumata görə, 3 əsgər şəhid olub, 5 əsgər yaralanıb. Yaralı əsgərlər Reşadiye Dövlət Xəstəxanasına aparılıblar. Az sonra “Hürriyet” qəzeti şəhid olan əsgərlərin sayının 6-ya çatdığı barədə məlumat yayıb. “Haberturk” isə rayon rəhbərliyini istinadən ölənlərin sayının 7-yə yüksəldiyi barədə xəbər yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar