SON XƏBƏRLƏR

Erməni mətbuatı: Serj Sarkisyan münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verib

2021.10.20, 07:36
Erməni mətbuatı: Serj Sarkisyan münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib. Erməni mətbuatının son bir neçə gündə qabartdığı ən aktual mövzu budur. Ölkə siyasətçiləri hakimiyyətdən daxili gərginliyi azaltmaq üçün addımlar atmağı tələb edir. Afinada keçirilən müzakirələr Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı ümidlərin üstündən birdəfəlik xətt çəkdi. Erməni mətbuatı iddia edir ki, Serj Sarkisyan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verib. Bu isə Dağlıq Qarabağın Azərbaycana təhvil verilməsi deməkdir. Mövzunu qərb diplomatlarıyla müzakirə edən yerli ekspertlərin proqnozları ölkədə vəziyyəti daha da gərginləşdirib. Yüksək vəzifəli avropalı diplomata istinadən yayılan məlumatda bildirilir ki, həqiqətən də afina görüşü Enmənistan üçün gərgin keçib. Adının çəkilməsini istəməyən diplomat Ermənistan tərəfinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə razılıq verdiyini təsdiqləyib. Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin münaqişənin müharibə yolu ilə həllinə dair bəyanatının burada böyük rolu var. Çox güman ki, Serj Sarkisyan məhz bu bəyanatdan sonra münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə razılıq verib. Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılması isə ümumiyyətlə müzakirə mövzusu deyil. ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunan diplomat deyib ki, «Minsk qrupu sona qədər münaqişənin həllini uzada bilməz. Vəziyyət belə davam etsə, Arvopa İttifaqı vasitəçilik missiyasını öz üzərinə götürə bilər». Erməni müxalifəti isə son siyasi proseslərə etiraz olaraq, kütləvi aksiyaları intensivləşdirəcəyini bəyan edib. Dekabrın 10-da İrəvanın mərkəzi küçələrində nümayişlər keçiriləcək. Meriyanın Erməni Milli Konqresinin müraciətinə rədd cavabı verməsinə baxmayaraq, etirazçılar tələblərində israrlıdırlar.lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar