SON XƏBƏRLƏR

Əli Xamneyi ölkəsinin əsas düşmənlərinin adını açıqlayıb

2021.10.20, 07:36
Əli Xamneyi ölkəsinin əsas düşmənlərinin adını açıqlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xamneyi İran dövlət televiziyası ilə çıxışında ölkəsinin əsas düşmənlərinin adını açıqlayıb. Xamneyi hesab edir ki, Tehranın 2 düşməni var - Amerika Birləşmiş Ştatlar və Böyük Britaniya. O, bəyan edib ki, amerikalılar İranın düşmənləri siyahısında birincidir. Böyük britaniya isə düşmənlərin ən dəhşətlisidir. «Son 30 ildə sionistlər və onların havadarları İranı dünyadan təcrid etmək istəyirlər. Ancaq bu, onlara müəyyəssər olmayacq” - ali dini lider belə deyib. Ayətullah Əli Xamneyinin nitqi rəsmi Tehranı sanksiyalarla hədələyən Amerikaya özünəməxsus cavab kimi dəyərləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar