SON XƏBƏRLƏR

Haşımı Rəfsəncani hakimiyyətin müxaliflərə qarşı zorakılığa əl atmasını pisləyib

2021.10.20, 07:36
Haşımı Rəfsəncani hakimiyyətin müxaliflərə qarşı zorakılığa əl atmasını pisləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Dekabrın 6-da Məşhədə səfər edən keçmiş prezident, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun və Üləmalar Məclisinin sədri Haşimi Rəfsəncani tələbələr qarşısında çıxışı zamanı ölkədəki son hadisələrə toxunub. H.Rəfsəncani hakimiyyətin müxaliflərə qarşı zorakılığa əl atmasını pisləyib: “Son aylardakı hadisələr zamanı “Sepah” və “Bəsic” qüvvələri xalqla üz-üzə qoyuldu və bu, düzgün addım deyildi. İnqilabı qələbəyə çatdıran elə bu xalqdır. Müharibə illərində də xalqın içindən könüllülər müharibəyə gedirdilər”. Rəfsəncani islam hakimiyyətinin artıq şübhə altına alındığını deyib: “Bizim inqilab islama, “Quran”a əsaslanırdı. Lakin bəzi mühafizəkarlar bu kimi söhbətləri qəbul etmir, xalqın səsinin yalnız formal xarakter daşıdığına inanır və ona əhəmiyyət vermirlər. Halbuki meyar xalqın səsidir. İran xalqı inanılmış müsəlmanlardır. Əgər onlar bizim hakimiyyətdə qalmağımızı istəsələr, qalacağıq, yox, istəməsələr, onda getməliyik”. H.Rəfsəncani insanlara, fikir sahiblərinə qarşı tətbiq edilən təzyiqlərin, senzuranın artıq nəticə vermədiyini vurğulayıb: “Senzura artıq nəticə vermir. Kütləvi informasiya vasitələri azad fəaliyyət göstərə bilsəydi, xalq qane olub, etiraz üçün küçələrə axışmazdı. Müxtəlif fikir adamları üçün şərait yaradılmalıdır ki, gəlib mövcud ixtilaflar barədə azad şəkildə danışıb qərar qəbul etsinlər. Çünki 4 milyon tələbəsi olan bu cəmiyyəti artıq hiylə, yalan və aldatma yolu ilə idarə etmək mümkün deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar