SON XƏBƏRLƏR

Milli fəal Əli Hüseynnəjaddan heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Milli fəal Əli Hüseynnəjaddan heç bir xəbər yoxdur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Maku şəhərinin sakini milli fəal Əli Hüseynnəjad əslin saxlanıldığı gündən 72 gün keçdiyinə rəğmən ondan heç bir xəbər yoxdur. Onun ailəsi Təxminən 2.5 aydır ki evladlarının durumundan təmami ilə xəbərsizdir. 72 gün öncə ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşları tərəfindən öz mağazasında tutulmuş Hüseynnəjad o halda ETTELAAT əməkdaşları tərəfindən yaxalanır ki Maku zindanından bir həftəlik məzuniyətə çıxır. Qeyr rəsmi məlumata görə, Hüseynnəjad güclü təzyiq altındadır. "Savalansesi"-nin yaydığı məlumatda bildirir ki adını çəkdiyimiz milli fəal 2007-ci il 22 may hadisələri (xordad hadisələri) ildönümündə əhalini etiraz aksiyalarına dəvət etməkdə günahlandırılır və buna əsasən 8 ay həbs cəzasına məhkum edilir. O həbs cəzasını çəkəməkdə olduğu zamanda ETTELAAT tərəfindən tutuqlanır. Qeyd edək ki Hüseynnəjadın ailəsi dəfələrlə Maku və Urmu hüquqi və ETTELAATi məsullarına müraciət ediblər. ancaq onların bu müraciətinə müsbət cavab verilmir və Hüseynnəjadın ailəsi hələdə onun harda saxlanıldığından xəbərsizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar