SON XƏBƏRLƏR

Tehranda əhali ilə polis qarşıdurmalarında güllə səsləri

2021.10.20, 07:36
Tehranda əhali ilə polis qarşıdurmalarında güllə səsləri

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, 16 Azər Tələbə Günü münasibəti ilə bu gün paytaxt Tehran və daha bir neçə şəhərdə keçirilən aksiyalarda əhali ilə polis qüvvələri arasında şiddətli qarşıdurmalar yaranıb. “Siyasi məhbuslara azadlıq”, “Diktatora ölüm”, “Xamneyi bilməlidir, bu gün-sabah getməlidir”, “Musəvi bir bəhanədir, bütün sistem nişanədir”, “Vəhşiləşib bəsici, quduzlaşıb bəsici”, “Ya Hüseyn, Mirhüseyn”, “Din siyasətdən ayrılmalı” və “İranlı ölər, zillətə dözməz” şüarları səsləndirən aksiyaçılarla polis və mülki geyimli hökumət qüvvələri toqquşub. Paytaxtın İnqilab meydanında polis qüvvələrinin aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərək havaya güllə atdıqları bildirilir. Həmçinin Tehranın Şərif Sənaye Universiteti tələbələrinin “yaşıl hərəkat”a dəstək məqsədi ilə havaya yaşıl şarlar buraxdığı, universitetdən küçəyə çıxmaq üçün təhsil ocağını mühasirəyə almış hökumət qüvvələri ilə qarşı-qarşıya gəldiyi vurğulanır. Qarşıdurmalarda ölən və ya yaralananlar barədə məlumat yayılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar