SON XƏBƏRLƏR

Soydaşlarımız Fransada “Euronews” telekanalının baş ofisinin qarşısında aksiya keçirəcəklər

2021.10.20, 07:36
Soydaşlarımız Fransada “Euronews” telekanalının baş ofisinin qarşısında aksiya keçirəcəklər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans-press"-ə istinadən yaydığı məlumata görə, Fransada yaşayan azərbaycanlılar “Euronews” kanalında Dağlıq Qarabağın müstəqil ölkə kimi göstərilməsinə etiraz olaraq aksiya keçirəcəklər. Fransada yaşayan həmvətənimiz Araz Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, dekabrın 11-də Lion şəhərində keçiriləcək aksiyada Fransada təhsil alan və yaşayan azərbaycanlılar iştirak edəcək. Aksiya Lion şəhərində “Euronews” telekanalının baş ofisinin qarşısında keçiriləcək. Xatırladaq ki, 28 noyabrda telekanal separatçı Dağlıq Qarabağ rejimini müstəqil respublika kimi təqdim edib. Üstəlik rəsmi Bakının icazəsi olmadan bölgəyə səfər edib. Məsələ ilə əlaqədar Azərbaycan xarici siyasət idarəsi “Evronews”a rəsmi etiraz məktubu göndərib. “Euronews” telekanalı isə Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlılarla bağlı veriliş hazırlamaq niyyətindədir. Bunu telekanalın rəhbəri Piter Barabas bildirib. Piter Barabasın sözlərinə görə, verilişin hazırlanmasında məqsəd tarazlığı qoruyub saxlamaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar