SON XƏBƏRLƏR

Tehranda polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib

2021.10.20, 07:36
Tehranda polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün İran polisi gözyaşardıcı qazla müxlaifət lideri Mir Hüseyn Musəvinin tərəfdarlarını Tehranın mərkəzindən qovub. "Reuters" agentliyinin yaydığı məlumatda bildirilir ki, polis ən azı Musəvinin iki tərəfdarını saxlayıb. Əvvəl yayılan məlumatda bildirilirdi ki, İran polisi Tehran universitetini mühasirəyə alıb. Məqsəd müxalifətin daxil olmasını əngəlləməkdir. Adını açıqlamayan şahidin sözlərinə görə, yüzlərlə polis universitetin ətrafındadır. Qeyd edək ki, bu gün müxalifət hər il keçirilən tələbə günü ilə əlaqədar etiraz aksiyaları təşkil etməyi planlaşdırırdı. Bununla əlaqədar hakimiyyət xarici jurnalistlərə Tehranda ayın 9-dək peşə fəaliyyəti ilə məşğul olmağı qadağan edib. İki gün ərzində İranda fəaliyyət göstərən xarici jurnalistlər reportaj üçün öz ofislərini tərk edə bilməzlər. Qeyd edək ki, dekabrın 7-də İranda 1953-cü ilin bu tarixində Amerka əleyhinə mitinqlər zamanı ölən 3 tələbəyə həsr olunmuş tələbə günü qeyd olunur. Tələbə günü ilə əlaqədar hakimiyyət gəncləri Qərb dövlətlərinə qarşı barışmaz olmağa çağırıb. Hakimiyyətin bunu etməkdə məqsədi Mahmud Əhmədinejada qarşı əks mövqedə olan tələbələrin etirazlarının qarşısını almaqdır.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar