SON XƏBƏRLƏR

Tehran sakinləri keçən axşam damların üstünə çıxaraq şüarlar səsləndiriblər

2021.10.20, 07:36
Tehran sakinləri keçən axşam damların üstünə çıxaraq şüarlar səsləndiriblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən axşam tehran əhalisi damların üstünü çıxıb şüarlar səsləndiriblər. onlar İranda 16 Azər (7 dekabr) Tələbə Günü aksiyalarına bir gün qalmış damlara çıxaraq hökümətə qarşı “Allahu-əkbər”, “Diktatora ölüm”, “Çevriliş hökuməti - istefa, istefa”, “Tələbə, tələbə, dəstəkləyirik səni” kimi şüarlar səsləndiriblər. Həmçinin 2 saat sürən şüar aksiyasında paytaxt sakinləri əhalini dekabrın 7-də keçiriləcək tələbə aksiyalarına qatılmağa çağırıblar. Qeyd edək ki, hər il dekabrın 7-də İranda 1953-cü ilin bu tarixində Amerka əleyhinə mitinqlər zamanı ölən 3 tələbəyə həsr olunmuş tələbə günü qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar