SON XƏBƏRLƏR

İran polisi Tehran universitetini mühasirəyə alıb

2021.10.20, 07:36
İran polisi Tehran universitetini mühasirəyə alıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün İranda tələbə günü münasibəti ilə keçiriləcək aksiyaları nəzərə alaraq İran polisi Tehran universitetini mühasirəyə alıb. Polis bununla hökumət tərəfindən təşkil edilən aksiyalara müxalifətin daxil olmasını əngəlləmək istəyir. Hadisənin şahidi olan şəxsin (adının çəkilməsini istəmir) ifadəsinə görə, hazırda yüzlərlə polis universitetin ətrafında görünür. müxtəlif dəyənək, gözyaşardıcı qaz və silahla yaraqlanan yüzlərlə polis və mülki geyimli hökumət məmurları Tehran Universitetini dörd bir yandan, o cümlədən təhsil ocağının əsas giriş qapısını nəzarətə götürüb. hazırda adını çəkdiyimiz məkanda həyəcanlı anlar yaşanır. Xatırladaq ki, dekabrın 7-də İranda 1953-cü ilin bu tarixində Amerka əleyhinə mitinqlər zamanı ölən 3 tələbəyə həsr olunmuş tələbə günü qeyd olunur. müxalifət isə bu gün etiraz aksiyaları təşkil etməyi planlaşdırıb və Mahmud Əhmədinəjadın qeyr demokratik yolla prezident postuna yiyələnməsini pisləmək niyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar