SON XƏBƏRLƏR

Rusiya İranın nüvə məsələsinə necə yanaşır?!

2021.10.20, 07:36
Rusiya İranın nüvə məsələsinə necə yanaşır?!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Noyabrın 27-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranı nüvə fəaliyyətləri əleyhinə qətnamə qəbul etməsi keyfiyyətcə yeni vəziyyət yaradıb. Belə ki, qətnamə son dövrlərdə İran əleyhinə alınmış ən mühüm qərar kimi xarakterziə edilə bilər. Üstəlik bu qərarın alınmasına İranın müttəfiqi Rusiya da dəstək verib. İran isə BAEA-nin bu qərarını sərt şəkildə tənqid edən açıqlamalar verib. Bu narazılıq əvvəlcə İran parlamentinin sədri Əli Laricani tərəfindən gündəmə gətirilib. Noyabrın 29-da isə İran dövlət televiziyası ilə çıxış edən prezident Mahmud Əhmədinejat İranın nüvə fəaliyyətlərinə davam edəcəyini, 10 ədəd yeni nuvə zənginləşdirmə zavodu quracağını və BAEA ilə əməkdaşlığı məhdudlaşacağını elan edib. Əhmədinejat çıxışında qərara dəstək verən ölkələri də tənqid edib. BAEA qərarına dəstək verən Rusiya da onun bu tənqidinə məruz qalıb. İran prezidenti “Rusiyanın səhv elediyini, dünyadakı vəziyyəti düzqün qiymətləndirmədiyinə inandıklarını bildirib. Əhmədinejatdan bu açıqlamalarından sonra dekabrın 1-də başda “Royters” olmaqla bəzi mühüm xəbər agentlikləri bir Rus diplomata istinadən Rusiyanın BMT-nin İrana qarşı sanksiyaların dəstək verəcəyini bilbiriblər. Rusiyanın BAEA qəaraını dəstəklənməsindən sonra bu xəbərlərin də yayılması İranı narahat edib. Dekabrın 1-də Iranin Rusiya səfiri Səid Mahmud Rıza Sədcadi Rusiya xarici işlər nazirinin müavini Alsey Borodavkinlə görüşüb. Görüşdən sonra verilən açıqlamada Rsuiya-İran münasibətlərinin əvvəkli kursunun davam etdiyi açıqlaması verilib. Yenə Rusiya və İran rəsmiləri eyni günlərdə başda enerji olmaq üzrə müxtəlif iqtisadi sahələrdə əməkdaşlığa dair bir neçə müqavilə imzalayıb. Dekabrın 3-də isə Rusiya Baş nazir Vladimir Putin keşirdiyi canlı mətbuat konfarnsında “əllərində İranın əlində nüvə silahı olduğuna dair məlumatın olmadığını” bildirib. Ancaq Putin Irana qarşı gözlənilən bir sanksiya tətbiqi olarsa Rusiyanın necə mövqey tutacağına aydınlıq gətirməyib. İrannın nüvə faəliyyətləri son günlərdə artan Rusiya–İsrail görüşmələrində də gündəmə gəlib. Beləki, Rusiya Təhlükəzilik Şurasının Katibi Nikolay Patruşev 4-5 dekabr tarixlərində İsraildə səfərdə olub. Səfər sırasında başda həm İsrail. Həm də Fələstinli rəsmilərlə görüşən Patruşev İranın atom silahı əldə etməsinin əleyhinə olduqlarını bildirib. Eyni tarixlərdə İsrail xarici işlər naziri Avidqor Liberman Moskvaya gedərək Baş nazir Putinlə görüşüb. Beləliklə, İran məsləsində həlledici məqamın yaxınlaşdığı müşahidə ediılməkdədir. Həm Qərb, həm İsrail, həm də İran bu prosesin ən mçühüm aktyorlarından olan Rusiya ilə təmaslari gücləndiriblər. Rusiya isə bu prosesdən maksimum fayda ilə çıxmağa çaılşır.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar