SON XƏBƏRLƏR

"Əxlaq polisi" hicab qaydalarını pozan təbrizli qızı dəlixanaya saldı

2023.10.17, 15:03
"Əxlaq polisi" hicab qaydalarını pozan təbrizli qızı dəlixanaya saldı

Oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə məmurlar tərəfindən döyülməsinə etiraz olaraq “Xameneiyə ölüm”, “Diktatora ölüm” şüarları səsləndirən qız ruhi xəstəxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin polis komandanlığı məlumat yayıb.

Məlumatda şüar səsləndirən qızın psixi problemləri olduğu və polis bölməsinə aparıldıqdan sonra dəlixanaya köçürüldüyü bildirilib.

Qeyd edək ki, oktyabrın 15-də hökumət məmurları təbrizli qızı hicab qaydalarını pozduğuna görə döyüb və təhqir ediblər.

Ciddi bədən xəsarətləri alan qızın Xaməneiyə qarşı şüar səsləndirməsindən sonra onu daha ağır döyüb və huşunu itirən qızı həbs ediblər.

Oltyabrın 16-da isə o, Təbrizdə ruhi xəstəxanaya köçürülüb.

Son bir il ərzində məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən qətlə yetirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar