SON XƏBƏRLƏR

Bu gün Rəcəb Tayyib Erdoğan Ağ Evdə danışıqlara başlayır

2021.10.20, 07:36
Bu gün Rəcəb Tayyib Erdoğan Ağ Evdə danışıqlara başlayır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika prezidenti Barak Obama ilə bugünkü görüşünün ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan bildirib ki, Ankara Əfqanıstana əlavə olaraq əsgəri qüvvə göndərməyəcək. Bunu da qeyd etmək lazımddır ki, hazırda Türkiyənin Əfqanıstanda 1700 nəfərlik əsgəri qüvvəsi var və onlar əsasən paytaxt Kabulda patrul keşiyi çəkir. Cənab Erdoğan deyib ki, bugünədək Türkiyə Əfqanıstanda nə etmək mümkün idisə edib. Cənab Erdoğan bildirib ki, əvəzində Türkiyə Əfqanıstan təhlükəsizlik qüvvələrini təlimləndirə bilərdi. Baş nazir Erdoğan bu bəyanatları Amerikaya uçmazdan əvvəl Atatürk hava limanında verib. Bu danışıqlarda Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də geniş yer ayrılacağı gözlənilir. Baş nazir Rəcəb Tayyib Erdoğan Vaşinqtona yola düşməzdən əvvəl Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı münasibətləri prezident Barak Obamanın sözlərinə istinad edərək “nümunəvi partnyorluq” kimi səciyyələndirib. Erdoğanın Obama ilə bu günə planlaşdırılan görüşündə iki ölkə arasındakı münasibətlərin perspektivi ilə yanaşı İraq, Əfqanıstan, Kipr, Yaxın Şərq, İranın nüvə proqramları kimi bir çox regional və beynəlxalq məsələyə toxunulacaq. Danışıqlarda Dağlıq Qarabağ məsələsinə də xüsusi yer ayrılacağı gözlənilir. Ankaradakı müşahidəçilərin fikrincə, Erdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün Obama administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təsirli addımlar atmasını istəyəcək. Analitiklər hesab edirlər ki, cənab Erdoğan Obamanın Ermənistana təzyiq etməsi üçün təkid etməlidir. Əks halda Ankara çətin vəziyyətdə qala bilər. Çünkü Türkiyə-Ermənistan protokollarının parlament tərəfindən ratifikasiya edilməsi üçün beynəxalq birliyin təzyiqlərinin artması gözlənilir. Bu isə Azərbaycanın mövqeyi və Türkiyə müxalifətinin etirazları baxımından indiki şəraitdə mümkün görünmür. Vaşinqtondakı danışıqların digər çətin mövzusunun isə Əfqanıstan məsələsinin olacağı proqnozlaşdırılır. Birləşmiş Ştatlar Türkiyənin Əfqanıstandakı 1700 nəfərlik kontingentindən başqa hərbi əməliyatlarda iştirak edəcək əlavə qüvvə göndərməsini istəyir. Ankara isə buna müsbət yanaşmır. Türkiyədəki icmalçılar Ankaranın son vaxtlar İranla yaxınlaşma siyasəti və iki ölkənin enerji sahəsində əməkdaşlığına dair planlarının da Vaşinqtonda gündəmə gələcəyini proqnozlaşdırırlar.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar