SON XƏBƏRLƏR

Rza Pəhləvi 21 Azər günü münasibəti ilə yaydığı bəyanatda Azərbaycanın yarasının üstünə duz basdi

2021.10.20, 07:36
Rza Pəhləvi 21 Azər günü münasibəti ilə yaydığı bəyanatda Azərbaycanın yarasının üstünə duz basdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın köhnə düşməni kimi tanınan Rzaxanın (Rza palani) nəvəsi və Məhəmmədrzanın oğlu Rza Pəhləvi 21 Azər haqqında bir bəyanatla çıxış edib. Bəyanatda "21 Azər, İran tarixinin ən şanlı günü və Azərbaycanın əcnəbilərdən və biganələrdən qurtuluşu günü" Kimi qiymətləndirilir. Ata babasının mirasını daşıyan Rza pəhləvi qüdrətdə olmasada Azərbaycana olan mənfur münasibətini gizlədə bilmir. 21 Azər-də etdikləri yetməmiş kimi bu şəkildə Azərbaycanın yarasının üstünü duz səpir. O öz bəyanatında Azərbaycanın nə keçmişdə nədə indiki sistemdə yaşadığı zülmlərdən söz açmır. Bu tərz bəyanatı ilə dolayısı yolla islam hakimiyətinin Azərbaycana etdiyi milli zülmü alqışlayır. Rza Pəhləvi o halda 21 Azər-də Azərbaycanın başına gətirilənləri alqışlayır ki keçən bəyanatlarının birində Bəluç və Kürd xalqlarının 30 ildir zülm altında olduğunu vurqulamışdı. Bu isə onun ata babasının mirasının daşıyıcısi olduğunun bariz sübütüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar