SON XƏBƏRLƏR

İran Hüquq Mühafizə Qüvvələri Tələbə Günü nümayişlərinə qatılanları hədələdi

2021.10.20, 07:36
İran Hüquq Mühafizə Qüvvələri Tələbə Günü nümayişlərinə qatılanları hədələdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda Tələbə günü yaxunlaşdıqca Hüquq Mühafizə Qüvvələri xüsusi tədbir almaqdadır. Bu barədə İran Hüquq Mühafizə Qüvvələri bəyanat yayıb. Bəyanatda dekabrın 7-də keçiriləcək Tələbə Günü (16 Azər) yürüşünə qatılanlar hədələnib. hökumət yalnız İran İnqilab Keşikçilərinin (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic”ə (hökumət tərəfdarı könüllülər dəstəsi) üzv tələbələrə bəzi universitetlərin daxilində mərasim keçirməyə şərait yaradıb. Bəyanatda vurqulanır ki, “Polis öz qanuni vəzifəsinə əməl edərək 7 dekabr günündə hər hansı qanunsuz toplantıya icazə verməyəcək”. Universitetlərdə tələbələrin aksiyalara hazırlaşdığı ərəfədə Paytaxt Tehranda və ölkənin digər iri şəhərlərinin küçə və meydanlarında polis nəzarətinin gücləndirildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar