SON XƏBƏRLƏR

Neda Ağa Soltanın Atası: Nedanı hökümətin özü öldürüb

2021.10.20, 07:36
Neda Ağa Soltanın Atası: Nedanı hökümətin özü öldürüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda builki prezident seçkilərinindən sonra baş verən hadisələrdə öldürülmüş Neda Ağa Soltanın ailəsi ölkənin təhlükəsizlik qüvvələrini onun qətlində ittiham edib. Neda Ağa Soltanın Atası Əli Ağa Soltan BBC-yə deyib ki, Nedanı hökümətin özü öldürdüyü halda bunda günahı başqalarında görür. Tələbə qız Neda Ağa Soltanın öldürülməsi təsvirləri bütün dünyada nümayiş etdirilib və o, bu hadisə nəticəsində İranın müxalifət hərəkatının bir npv rəmzinə çevrilib. İranın hakimiyyət orqanları iddia edirlər ki, Neda Ağa Soltanı xarici dövlətlər və müxalifət öldürüb ki, İran hökümətini ləkələsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar