“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Nemət Pənahlı: “Millət gərək mübarizəyə qalxsın ki, dəstək də ala bilsin”
“AĞILLILIQ DÖVRÜ QURTARDI, İNDİ DƏLİ ZAMANIDIR...”
Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı dünən Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirərək aktiv siyasətə qayıtdığını bəyan etdi. Uzun müddət passiv, müşahidəçi mövqe tutduğunu deyən Pənahlı siyasi səhnədə görünməməsinin səbəblərinə aydınlıq gətirdi.
MDP sədri bildirdi ki, Prezident Aparatında tutduğu vəzifədən istefa verəndən sonra hakimiyyətdən daha çox, müxalifətin hücumlarına məruz qalıb: “Dedilər ki, Nemət Pənahlı Heydər Əliyevlə meydanı müxalifətin əlindən almaq üçün oyun qurub. O zaman mətbuat konfransı keçirərək bəyan etdim ki, meydanı hazırkı hakimiyyətə və müxalifətə verirəm. Azərbaycanın problemlərini həll etsinlər, torpaqlarımızı işğaldan azad etsinlər, o halda mən onlardan üzr istəyəcəyəm.O vaxt parlamentdə keçirilən dinləmələrdə də hakimiyyət və müxalifətdən fərqli olaraq bildirmişdim ki, torpaqları danışıqlar yolu ilə qaytarmaq mümkün deyil. Ermənilər demokratik yolla Qarabağa girməyiblər ki, onları demokratik yolla da çıxaraq. Dünya tarixində olmayıb ki, müharibə yolu ilə işğal olunan torpaqlar danışıqlarla qaytarılsın. İşğalçının qarşısında sülhdən danışmaq heç bir məntiqə sığmır. O zaman məni radikal və milliyyətçi kimi damğaladılar. Amma zaman haqlı olduğumu göstərdi". Nemət Pənahlının sözlərinə görə, Milli Azadlıq Hərəkatı olmasaydı, milyonlarla insan meydana axışmasaydı, SSRİ parçalananda Ermənistan Dağlıq Qarabağla birgə beynəlxalq aləmdə tanınacaqdı: “Yəni mübarizə aparmadan heç nəyə nail olmaq olmaz. Lakin indinin özündə, hakimiyyətin Qarabağ danışıqlarının nəticə vermədiyini etiraf etdiyi halda belə müxalifət müharibə sözünü dilə gətirməkdən qorxur. Bütün bunlar yanlışdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri kimlərdir? Rusiyanı görürük, torpaqlarımızı da əslində rus hərbi birləşmələri işğal edib. Əgər Rusiya Ermənistanın arxasından əlini çəksə, ermənilərin ümumiyyətlə, Qafqazda mövcudluğu sual altında qalar. Fransa Daşnaksütun Partiyasının yarandığı, formalaşdığı ölkədir. Bir ABŞ-a ümid qalırdı ki, onun maraqları ilə maraqlarımız üst-üstə düşər, onun da belə olmadığı indi çılpaqlığıyla göz qarşısındadır.O zaman ”ziyalılar" fikirləşirdilər ki, imperiyaya nə qədər yaltaqlansaq, Qarabağ məsələsi həll edilər. Biz xalqı milli azadlıq mübarizəsinə qaldırmaqla müstəqillik yoluna yönəltdik".N.Pənahlı yaranmış vəziyyətin, milli problemlərin həll edilməməsinin onun siyasətə qayıdışının birinci səbəbi olduğunu söylədi: “Söz var, deyirlər ki, ağıllı fikirləşincə, dəli vurub çayı keçdi. Ağıllılıq dövrü qurtardı. O zaman SSRİ-ni dağıdacağıq deyəndə bizə dəli kimi baxırdılar. İndi dəli zamanıdır. Yəni döyüşmək gərəkdir. Buna görə də siyasətə qayıdıram. Millət gərək özü mübarizə aparsın ki, hardansa dəstək də ala bilsin. Rəsmi siyasət göstərdi ki, danışıqlar nəticəsizdir. Bu gün ”xox gəlmək" siyasəti aparılır. Aydındır ki, cəmiyyət müharibəyə hazır deyil. Müharibədə iştirak edənlərin durumu necədir? Təəssüf olsun ki, Azərbaycanın müstəqilliyini təmin etməyən hegemon güclər var. Hakimiyyəti hardasa başa düşmək olar. Amma dəhşət burasındadır ki, müxalifət müharibə sözünü dilinə gətirmir. Hakimiyyət millətin məsələsini həll etmək istəyirsə, xalqına arxalanmalıdır".Nemət Pənahlı qayıdışının ikinci səbəbinin İranda, Cənubi Azərbaycanda gedən proseslərlə əlaqədar olduğunu vurğuladı: “Cənubi Azərbaycanda inqilabi situasiya yaranıb. Amma telekanallarımız orada baş verən hadisələrə elə laqeyd yanaşır ki, sanki cənub yoxdu. Biz SSRİ parçalanan ərəfədə xalqımızı bu prosesə hazırlaya bilmədik. İranla, Cənubi Azərbaycanla bağlı bu prosesə hazırlaşmalıyıq. Tarixən Qərb və Rusiya Cənubi Azərbaycanda qurulan milli hökumətlərin qətlinə hökm verib, hərəkatları boğub. Bu dəfə biz Güneydə baş verəcək proseslərə hazır olmalı və onlara sahib çıxmalıyıq. Bizim torpaqların 70 faizi Arazın o tayındadır. Vahid Azərbaycan uğrunda mili birlik hərəkatı yaratmaq lazımdır”.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir