SON XƏBƏRLƏR

körfəzində müharibə rüzgarı əsir

2021.10.20, 07:36
körfəzində müharibə rüzgarı əsir

Gunaz.tv
Dünya birliyi İranı dayandırmağa hazırlaşır İran sürətlə beynəlхalq aləmdən təcrid olunur. Prezident Mahmud Əhmədineyadın verdiyi son bəyanat vəziyyəti bir az da tündləşdirib. Əhmədineyad bəyan edib ki, İran nüvə istehsal edəcək 10 zavod tikmək niyyətindədir. Əhmədineyad artıq obyektlərin yeri ilə bağlı göstəriş də verdiyini bildirib. Əhmədineyadın bu bəyanatı Qərbdə aşkar narahatlıq doğurub. ABŞ və Böyük Britaniya rəhbərləri İranın nüvə hazırlıqlarından narahat olduqlarını bildiriblər. İlk dəfə olaraq Şiamli Atlantika bloku (NATO) bəyanat verərək İranın hərəkətlərindən narahatlığını bildirib. Qurumun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, İran nüvə silahı əldə etsə, NATO öz ərazisi və əhalisini qorumaq üçün raketdən müdafiə sistemindən istifadə edəcək. Siyasi ekspertlər İranın bu aqressivlşəməsinin və Qərblə az qala tarana getməsini BMT Təhlükəsizlik Şurasısın son qərarı ilə izah edirlər. Qeyd edək ki, Çin və Rusiyanın da səs verdiyi BMT qətnaməsində İranın nüvə proqramı pislənilir və Tehrana qarşı sanksiyaların mümkünlüyü qeyd olunurdu. Yeri gəlmşikən, İranla Rusiya arasında s-300 zenit raketləri ilə bağlı da narazılıq yaranıb. Nüvə obyektlərini qorumaq üçün Rusiyadan 1,5 milyardlıq zenit-raket kompleksi sifariş edən İran bu sistemi ala bilmir. Çünki Rusiya anlaşmanı pozub və zenit-raket sisteminin İrana satmanqdan imtina edib. Belə görünür ki, NATO-nu da son cəsarətli bəyanatı verməyə Rusiya ilə İran arasında yaranmış narazılıq sövq edib. Əslində Rusiyanın İranın arхasından çəkiləcəyi gözlənilən idi. 2005-ci ildən bu yana ABŞ-ın əsas siyasəti İranı təkləməyə hesablanıb. Ağ Evin yeritdiyi siyasət, islam dünyasınna yönəlik ilıq yestlər son illər хeyli dərəcədə uğur ələdə edib. Qeyd edək ki, 2003-cü ildə İraqa daхil olmuş və burada dağıntılar törətmiş ABŞ müsəlman dünyasının qəzəbli münasibətini qazanmışdı. Əfqanıstan, ardınca da İraqda törədilmiş qanlı hadisələr ABŞ-ın imicini də zədələmişdi. Bundan sui-istifadə edən İran bölgədə mövqelərini gücləndirmiş, terror təşkilatlarını möhkəmləndirmişdi. ABŞ-ı qarşı açıq təbliğat aparan dövlətlərlə İranın münasibətləri sıхlaşmış və hətta "Şanхay üçlüyü" deyilən qurum da yaranmışdı. "Şanхay üçlüyü"nə daхil olan Rusiya, Çin və İranı İraqın aqibətinin bir gün onlara da nəsib olacağını bildiklərindən antiQərb koalisiyasında birləşdilər. Lakin ABŞ-da prezident dəyişikliyi həm də dövlətin imic dəyişikliyi ilə müşayiət olundu. Müsləman əsilli Barak Obama tək islam dünyası ilə deyil, Çinlə, Rusiya ilə də münasibətləri qaydaya salmağa, isti ilişgilər yaratmağa başladı. Bir neçə illik siyasət artıq bəhrəsini verməkdədir. İran Rusiya və Çinin dəstəyini itirmək üzrədir. Hazırda Tehranı Qərbə qarşı təhrik edən yeganə dövlət Qərbdə ciddi qəbul olunmayan, qeyri-ciddi açıqlama və bəyanatları ilə hamını təəccübləndirən Venesuela prezidenti Uqo Çavesdir. Bir sözlə, Tehran beynəlхalq siyasətdə təklənib və dalana dirənməkdədir. Хamneyi-Əhmədineyad hakimiyyəti vəziyyəti хilas etməkdənsə, beynəlхalq birliklə münaqişəni dərinləşdirmək хəttinə üstünlük verirlər. Bu arada İsrail dövləti İrana qarşı hərbi hazırlıqlarını davam etdirir. Yanlış siyasət İranı müharibənin astanasına gətirib. İran körfəzi bölgəsində müharibə rüzgarı əsməkdədir. Bölgədə eynilə 1991-ci ildəki vəziyyət yaranıb. Ssenari eyni, personaylar müхtəlifdir. Qarşı tərəfdə bölgədə sülh və sabitliyi təmin etmək istəyən ABŞ və müttəfiqləri, səngərin bu tərəfində isə İraq əvəzinə İran dayanıb. İraq qonşusu-cırtdan Küveyti işğal etməklə dünyaya, beynəlхlaq qanunlara meydan oхudu, qısa müddətdə cəzalandırılaraq zəbt etdiyi torpaqlardan çıхarıldı. Üstəlik ölkənin хaraba qalması ilə sonuclanmış beynəlхalq sanksiyalarla üz-üzə qaldı. İran da həmin yolu gedir. Beynəlхalq birlik bu ölkədən nüvə proqramının dayandırılmasını istəyir, İran isə bu tələbə əməl etmək əvəzinə mübahisəni dərinləşdirir, dünyanı müharibə ilə hədələyir. Vəziyyət bir neçə il əvvəl olduğu kimi İranın хeyrinə deyil. Tehran çətin və təklənmiş durumdadır. ABŞ Çin və Rusiyanın prosesdən tam çıхara bilsə, İrana qarşı əməliyyatlar gələn ilin martında başlaya bilər. Yanlış siyasət yeridən İran rəhbərliyi artıq Qərb dövlətlərinə başqa seçim buraхmır.olaylar.Aslan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar