SON XƏBƏRLƏR

İran və Qərb arasında dialoqunun sonu çatır?!

2021.10.20, 07:36
İran və Qərb arasında dialoqunun sonu çatır?!

Gunaz.tv
Mahmud Əhmədinejad: "Danışıqların davam etdirilməsinə ehtiyac qalmayıb" İran prezidenti Mahmud Əhmədinejad bəyanlayıb ki, MAQATE-nin qətnamə çıxarmasından sonra rəsmi Tehran BMT-nin bu təşkilatıyla əməkdaşlığın məhdudlaşdırılmasının mümkünlüyünü nəzərdən keçirir. Onun sözlərinə görə, nüvə proqramıyla bağlı danışıqların davam etdirilməsinə artıq ehtiyac qalmayıb. Bununla bağlı bütün məsələlərin çözüldüyünü deyən İran prezidenti rəsmi Tehranın addımlarının mövcud qanunvericilik çərçivəsində olduğunu bildirib. Mahmud Əhmədinejad Rusiyanın MAQATE-nin son qətnaməsinə dəstək verməsini pisləyərək, bunu səhv addım adlandırıb: "İrana qarşı düşmənçiliyi olan Böyük Britaniya və İsrail təşkilatın mövqeyinə təsir göstərib". O deyib ki, MAQATE qətnaməsinin ardınca BMT Təhlükəsizlik Şurasının İranla bağlı daha bir qətnamə çıxaracağını düşünmür. Sanksiyaların təsirinin olmayacağını vurğulayan İran prezidenti ölkəsinin nüvə obyektlərinə hücumların mümkünlüyünü də rədd edib: "Qərbin yeni sanksiyalar tətbiq edəcəyini düşünmürəm, çünki bunun təsiri olmayacaq. Onlar deməli olduqlarını artıq söyləyiblər və tədbirlərini də görüblər. Xüsusən də, hərbi hücum məsələsinə gəlincə əvvəl də demişəm ki, bu haqda düşünməyə ehtiyac yoxdur". Mahmud Əhmədinejad ölkə ərazisində uranın zənginləşdirilməsi üzrə yeni zavodların inşasına başlamaq niyyətlərini də təsdiqləyib. O bildirib ki, nüvə obyektlərinin inşası üçün hər hansı yeni planlar barədə MAQATE-ni məlumatlandırmaqla bağlı İranın öhdəliyi yoxdur. İran prezidenti Birləşmiş Ştatların yürütdüyü siyasəti də tənqid atəşinə tutub. O vurğulayıb ki, prezident Barak Obama siyasətində dəyişiklik vəd etsə də, sələfinin düşmənçilik siyasətini yürüdür. Bu arada ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays İranın təkliflər paketinə cavab vermək üçün vaxtın azaldığını bildirib. O, İrana ABŞ, İngiltərə, Rusiya, Çin, Almaniya və Fransa tərəfindən təqdim olunan təkliflərə cavab vermək üçün ilin axırına qədər vaxtı olduğunu xatırladıb və Birləşmiş Ştatların bu çərçivədə mütəmadi olaraq digər 5 ölkəylə təmas qurduğunu deyib. Suzan Rays İranın uranın zənginləşdirilməsinə dair daha on zavod tikmə planlanının qəbuledilməz olduğunu vurğulayıb: "İranın bu istiqamətdə verdiyi bəyanatları araşdırırıq. Əgər onların həqiqətən də belə bir niyyətləri varsa, bu səhv və qəbuledilməz addım olar. Bu vəziyyət İranı beynəlxalq ictimaiyyətdən daha çox təcrid edəcək. Tehran irəli sürülən təklifləri müzakirə etməyə həvəsli olmasa, biz də bu ölkə üzərindəki təzyiqləri çoxaltma yoluna gedəcəyik". Çin isə açıqlayıb ki, İranın nüvə proqramına dair mübahisələri həll etmək üçün daha çox sanksiya deyil, danışıqlar lazımdır. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Çin Çanq deyib ki, məsələ sanksiya deyil, dialoqlar vasitəsilə həll olunmalıdır. Bu arada "Sepah" dəniz qüvvələrinin bir həftə əvvəl saxladığı 5 Böyük Britaniya vətəndaşı dekabrın 2-də azadlığa buraxılıb. Onlar noyabrın 25-də qayıqda Bəhreyndən Dubaya gedərkən səhvən İran sularına daxil olduqları üçün saxlanmışdılar. Böyük Britaniyanın xarici işlər naziri Devid Millibənd dekabrın 1-də iranlı həmkarı Mənuçöhr Möttəkilə telefon əlaqəsi saxlayaraq, Britaniya vətəndaşlarının dərhal azadlığa buraxılmasını tələb etmişdi. Böyük Britaniya vətəndaşlarından bir daha sərhədi pozmayacaqlarına dair yazılı iltizam alınıb.xalqcebhesi.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar