SON XƏBƏRLƏR

İran idmanında rüsvayçılıq

2023.10.26, 14:21
İran idmanında rüsvayçılıq

Para Asiya Yarışlarında iranlı idmançı hər kəsi aldadıb.

Gunaz.tv

73 kilo çəkidə iştirak edən İranın Milli Cudo Komandasının üzvü Vəhid Ciddi Çinin Hanju şəhərində keçirilən Para Asiya Yarışlarında görmə əngəlli olmadığı müəyyənləşdirilib.

Onun gözünün gördüyünü yarış zamanı hakimlər və nəzarətçilərin tərəfindən müəyyən edilərək yarışdan uzaqlaşdırılıb. 

İran mediasının  xəbərlərinə istinadən Vəhid Ciddi yarışlardan uzaqlaşdırılan tək idmançı deyil. İranın yarışlara göndərdiyi 8 cüdoçudan digər ikisinə də yarışlarda iştirakalarına icazə verilməyib.

Görməz və Azgörənlərin İdmanları Federasiyasının sədri Məhəmmədrza Məzlumi bu barədə açqılama verib.

“Həmin 2 idmançı Çinin Hanju şəhərində keçirilən Para Asiya Yarışlarına göndərilmədən Doppinqə Qarşı Dünya Agentliyinin (The World Anti-Doping Agency) İran Şöbəsi tərəfindən barələrində sınaq keçirilib. 

Bizə bildirdilər ki, cüdoçuların ikisi də şübhəlidir.”-deyə Məzlumu məsələyə aydınlq gətirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar