SON XƏBƏRLƏR

İran parlamentinin “Birlik” mərasiminə Əhmədinejad və Rəfsəncani qatılmayıb

2021.10.20, 07:36
İran parlamentinin “Birlik” mərasiminə Əhmədinejad və Rəfsəncani qatılmayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkzinin əldə etdiyi məlumata görə, İran parlamentində “parlament” günü münasibəti ilə təşkil olunan “Birlik” mərasiminə dəvət olunan Prezident Əhmədinejad və Məsləhət Şurasının sədri Əkbər Haşimi Rəfsəncani mərasimdə iştirak etməyib. “Birlik” mərasimi dekabrın 1-də səhər saat 09.00-da başlamalı idi. Amma prezidentin gəlməsini gözləyən mərasim təşkilatçıları, o gəlmədiyi üçün 40 dəqiqə sonra mərasimi özləri keçirməli oldular. İRNA xəbər agentliyinin məlumatına əsasən, “Əhmədinejada dəvətnamənin gec verilməsi və onun iş qrafikinin dolu olması” mərasimdə iştirak etməsinə mane olub. Haşimi Rəfsəncaninin dəftərxanasından da bildirilib ki, Rəfsəncaniyə dəvətnamənin gec çatması və öncədən təyin olunmuş proqramlarıın sıxlığı səbəbindən bu mərasimdə iştirak etmək mümkün olmayıb. İranda prezident seçkilərindən sonra prezient Mahmud Əhmədinejadla Məsləhət Şurasının Sədri Haşimi Rəfsəncaninin münasibətləri kəskin dərəcədə pisləşib. Əhmədinejadın Rəfsəncani ailəsinə qanunsuz yollarla varlanma ittihamları irəli sürmüşdü. Son zamanlar İran Ali Dini Rəhbəri Ayətullah Əli Xamenei bu ixtilafları azaltmağa çalışsa da hələ ki, problemlər öz həllini tapmayıb. Bundan əvvəl də Rəfsəncani prezidentin and içmə mərasimi və bir sıra digər rəsmi tədbirdə iştirak etməkdən imtina etmişdi.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar