SON XƏBƏRLƏR

Təbriz Universitetinin divarları milli şüarlarla bəzənib

2021.10.20, 07:36
Təbriz Universitetinin divarları milli şüarlarla bəzənib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 21 Azər mərasimi ərəfəsində Güney Azərbaycanda milli yönümlü fəaliyətlər artmaqdadır. Dekabr ayının 1-də Təbriz Universitetinin divarları Müqəddəs Dövlətçilik Nışanımız kimi tanınan “Ay-Ulduz” və “Türk dilində mədrəsə” şüarları ilə bəzədilib. Qeyd etdiyimiz milli şüarlar humanitar elmlər, fizika, ximiya və s. Kimi inistitutların divarlarında spri vasitəsi ilə dərc edilib. "milliharakat"-ın yaydığı məlumatda bildirilir ki son zamanlarda İran dövləti tərəfindən milli hərəkatçılara qarşı tətbiq edilən təzyiqlərə rəğmən bu hadisənin universitetdə baş tutması böyük sevinclə qarşılanıb. Sonra isə Universitet İranın xüsusi orqanları tərəfindən diqqət mərkəzinə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar