SON XƏBƏRLƏR

İranda hər gün 3 tondan çox narkotik kəşf olunur

2021.10.20, 07:36
İranda hər gün 3 tondan çox narkotik kəşf olunur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Polisinin Rəisi bildirib ki İranda hər gün 3 tondan çox narkotik kəşf olunur. Səthi hesablamaya görə İranda hər il 1095 ton narkotik kəşf olunur. Kəşf olunmuş narkotikin həcmi isə ölkə içində dövriyədə olan həqiqi narkotik həcminin üçdə birinin olduğu ehtimal olunur. Bu hesabla, əgər kəşf olunmuş narkotikin həcmi həqiqi həcmin üçdə biridirsə onda ölkə içində həqiqi dövriyədə olan narkotikin həcmi 3285 tondan ibarətdir. Başqa bir məlumata görə, İran polisi hər gün üst-üstə 5 narkotik mənbəsi və alım satımı ilə məşqul olan mafiya bandası tutuqlayır. Bu hesabla əgər tutulmuş mafiya bandaları həqiqi sayının üçdə birini əks etdirirsə onda İranda hər il 5475 narko-mafiya bandası narko-biznəslə məşqul olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar