SON XƏBƏRLƏR

Tehran prokuroru təbrizli həkim Ramin Purəndərcaninin dərmandan zəhərləndiyini deyib

2021.10.20, 07:36
Tehran prokuroru təbrizli həkim Ramin Purəndərcaninin dərmandan zəhərləndiyini deyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi dekabrın 1-də jurnalistlərə açıqlamasında üç həftə əvvəl hüquq mühafizə qüvvələrinə məxsus yataqxanada meyiti tapılan 26 yaşlı təbrizli həkim Ramin Purəndərcaninin dərmandan zəhərləndiyini deyib: “Onun yediyi salatda həblər tapılıb”. Bundan əvvəl hökumətə məxsus medialarda Raminin intihar etdiyi bildirilmiş, sonradan onun infarktdan keçindiyi barədə məlumatlar yayılmışdı. 26 yaşlı təbrizli həkim Ramin Purəndərcaninin meyiti noyabrın 10-da hüquq mühafizə qüvvələrinə məxsus yataqxanada tapılıb. Bildirilir ki, əsgərlik xidmətini Tehran hüquq mühafizə qüvvələrinin nəzarətində gizli fəaliyyət göstərən “Kəhrizək” zindanında keçirən gənc həkim həmin zindanda baş verən bir çox cinayətdən xəbərdarmış. İslahatçı saytlar və həkimin dostlarına yaxın mənbələrin yaydığı məlumatlara görə, Ramin builki prezident seçkisinin rəsmi nəticələrinə qarşı aksiyalarda tutulan gənc oğlan və qızların “Kəhrizək” zindanında işgəncələrə məruz qalmasının, bəzən qətlə yetirilməsinin şahidi olubmuş. Həmin zindanda işgəncəyə məruz qalmış gənc aksiyaçı Möhsün Ruhuləminini müalicə edən Ramin Purəndərcani sonradan dəfələrlə təzyiqlə üzləşib. Ondan Möhsünün işgəncədən yox, xəstəlikdən öldüyünü bildirməyi tələb edirmişlər. İnsan haqları uğrunda fəaliyyət göstərən beynəlxalq təşkilatlar İran rəsmilərinə təzyiq göstərərək Raminin şübhəli ölümü haqda təhqiqat aparılmasını tələb ediblər. Raminin atası bundan əvvəl “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında Raminin qətlə yetirildiyini bildirib.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar