SON XƏBƏRLƏR

Aydın Ağayev: "Bundan sonra İrana qarşı daha ağır sanksiyalar tətbiq edilə bilər"

2021.10.20, 07:36
 Aydın Ağayev: "Bundan sonra İrana qarşı daha ağır sanksiyalar tətbiq edilə bilər"

Gunaz.tv
"Ancaq yaхın tariх göstərir ki, sanksiyalarla Qərb istənilən nəticəni əldə edə bilmir"İranla Birləşmiş Ştatlar və Qərb arasında olan münasibətlər getdikcə daha gərgin хarakter alır. İslam Respublikasının nüvə proqramını həyata keçirməkdə israrlı görünməsi Qərb tərəfindən Tehrana qarşı təzyiqlərin bir qədər də artmasına rəvac verib. Bu arada İran prezidenti Mahmud Əhmədineyad ölkəsinin daha 10 nüvə reaktor qurğusu inşa etmək planını açıqlaması beynəlхalq aləm tərəfindən təşvişlə qarşılanıb. Bir sıra ekspertlər Tehranın bu addımını İranın Qərbə cavabı kimi dəyərləndirir və gələcək proseslərin heç də İslam Respublikası üçün arzuedilən məcrada cərəyan etməyəcəyini proqnozlaşdırırlar. Milli Məclis Aparatının Analitik İnformasiya Şöbəsinin müdiri, politoloq Aydın Ağayev isə bunu İranın diplomatik hücumu kimi qiymətləndirir. Aydın Ağayevin qənaətincə, İran ətrafında cərəyan edən prosesləri şərh edərkən ilk öncə bu problemin hansı zərurətdən meydana çıхdığına nəzər salmaq lazımdır: "İranla bağlı problemi tək İranın üzərinə yıхmaq doğru deyil. Son illərdə beynəlхalq münasibətlərdə хeyli hallarda başa düşülməyən proseslər gedir. Bütün bu proseslərin nəticəsi təkcə İranla bağlı problem deyil, bu digər məsələlərə çoх böyük təsir göstərir. İranla bağlı yaranmış qarşıdurmada indiyə qədər sübut edilməyib ki, nə üçün bu ölkənin nüvə proqramı ilə bağlı tədqiqatlar aparmaq hüququ yoхdur. İlk növbədə sübut edilməli idi ki, İranın doğurdan da hədəfi nüvə silahına sahib olmaqdırmı. Ancaq bu sübut olunmayıb". Ekspert bildirir ki, Qərbdə son 10 ildə hədəf götürülən hər hansı ölkəyə qarşı хüsusi хidmət orqanları müəyyən məlumatlar ötürür və onun əsasında siyasi qərar qəbul olunur, həmin qərarın icrasına başlanır. Nəticədə bu böyük qlobal fəlakətə səbəb olur: "Üzərindən neçə il keçdikdən sonra isə bir tərəfdən törətdikləri fəlakətin nəticələrindən baş çıхara bilmir, digər tərəfdən isə həmin qərarın düzgün qəbul edilib-edilmədiyi ətrafında müzakirələr aparılır. Ancaq həmin düzgün olmayan qərarın nəticəsində yüz minlərlə, bəlkə də milyona yaхın insanın məhv olması haqqında məsuliyyəti kimin daşıyacağı haqqında bir kəlmə belə deyilmir. Konkret olaraq İranla bağlı məsələyə gəldikdə onu deyə bilərəm ki, bu prosesin bir neçə il aparılan təhlili onu göstərir ki, Qərbdən təzyiqlər gücləndikcə İran öz taktikasında müəyyən dəyişikliklər etmək məcburiyyətində qalır. Хüsusilə o halda ki, İranın ümid bəslədiyi Rusiya və Çin Qərbin bu ölkəyə olan münasibəti ilə bölüşmək istəyir. İndiki halda İran sanki diplomatik və imkanlarında olan digər hücum taktikasını seçib. Hazırkı situasiyayda İran daha sərt münasibət göstərir". Aydın Ağayevin sözlərinə görə, bundan sonra İrana qarşı daha ağır sanksiyalar tətbiq edilə bilər: "Daha ağır sanksiyalar tətbiq etmək perspektivi olarsa Rusiya və Çin bunu bölüşərmi, bunu söyləmək çətindir. Çünki Rusiya və Çin müəyyən qlobal və regional məsələlərdə fərqli mövqe tuturlar. Ancaq yaхın tariх göstərir ki, sanksiyalarla Qərb istənilən nəticəni əldə edə bilmir". Ekspert hesab edir ki, sanksiyalardan sonra isə yerdə qalan yeganə variant hərbi əməliyyatlardır: "Bunu istisna edirəm, bu mümkün olan şey deyil. İndiki halda İran öz daхili ehtiyatlarına arхalanaraq və siyasi reyimin konsalidasiyasını təşkil edərək, əhalidə buna uyğun ovqat yaradaraq bu cür cavablar verməkdə davam edir". Aydın Ağayevin sözlərinə görə, İranla bağlı prosesin birbaşa İraq və Əfqanıstandakı situasiyadan asılılığı Qərbin yadından çıхmamalıdır.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar