SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalar qaçınılmazdır

2021.10.20, 07:36
İrana qarşı yeni sanksiyalar qaçınılmazdır

Gunaz.tv
Noyabrın 30-da İran hökuməti qərar qəbul edərək, İran Nüvə Mərkəzinə tapışırıq verib ki, 2 ay müddətində 10 yeni nüvə zənginləşdirmə mərkəzinin tikilməsi üçün tədqiqat işlərini tamamlayaraq yeni mərkəzlərin tikilməsinə başlasın. Qərara əsasən yeni tikilən mərkəzlər Natanz Nüvə Mərkəzi səviyyəsində olmalıdır. İran Nüvə Mərkəzinin rəisi Əli Əkbər Salehi bu barədə jurnalistlərə bildirib ki, İranın bu addımı 5+1 qrupunun xoşa gəlməz hərəkətinə qarşı kəskin cavabdır. 5+1 grupu ölkələri İran nüvəni zənginləşdirməyi dayandırmağa çağırır və bildirir ki, əks halda yeni sanksiyalar tətbiq olunacaq. İran MAQATE-nin və 5+1 qrup üzvlərinin indiyə qədər irəli sürdüyü bütün təkliflərini qəbul etməkdən imtina edib. Hökumətin yeni qərarına əsasən yeni mərkəzlərin yaranması Qərb dövlətlərinin ciddi etirazları ilə üzləşib. Bu qərarın qəbul olmasından bir neçə saat sonra ABŞ, Almaniya və Britaniya rəsmiləri İranın bu qərarını pisləyərək öz narahatlıqlarını ifadə edib və İranın bu qərarını BMT-nin TŞ-nın qərarlarına zidd olduğunu bildiriblər. Ağ Evin sözcüsü Robert Qeyts bildirib ki, əgər bu xəbər düz olsa, onda İran BMT TŞ qarşısında öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş olacaq. O bildirib ki, İran bununla da təcrid yolunu seçir. Noyabrın 27-də MAQATE-nin hakimlər şurası yeni bir qətnamə qəbul edərək İranı, Qum yaxınlığında tikilən “Fərdu” nüvə mərkəzinin tikilməsinin uzun müddət gizli saxlanılmasını pisləyib. Qərb mütəxəssislərinin fikrincə İran uranı daha çox zənginləşdirməyə nail olsa, ən azından bir nüvə başlığı istehsal etməyə imkanı olacaq. İran parlamenti də İranla tərəf müqabilləri arasında gedən danışıqlara münasibət bildirərək MAQATE ilə əməkdaşlığın səviyyəsini azaltmaq barədə xəbərdarlıq edib. İran parlamentinin spikeri Əli Laricani bildirib ki, MAQATE-nin hakimlər şurasının yeni qətnaməsi onu göstərir ki, Qərb dövlətləri həll yolu tapmaq məqsədi ilə yox, “fırıldağçılıq məqsədi ilə danışıqlar aparır”. İran rəsmilərini bütün çıxışlarını diqqətlə izləyəndə belə qənaətə gəlinir ki, İran danışıqların davam etdirilməsinin tərəfdarıdır. Amma Qərb danışıqların uzadılmasından narahatlıq keçirərək ciddi addımlar atılması qərarına gəlib. Bu isə İrana qarşı yeni sanksiyaların tətbiq olunması mənasına gəlir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar