SON XƏBƏRLƏR

Əhmədinejad: nüvə yanacağının idxalına qadağa qoyularsa uran ölkə daxilində zənginləşdiriləcək

2021.10.20, 07:36
Əhmədinejad: nüvə yanacağının idxalına qadağa qoyularsa uran ölkə daxilində zənginləşdiriləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "bbc"-yə istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad deyib ki, nüvə yanacağı idxalının qadağan edilməsi təqdirdə uran ölkə daxilində zənginləşdiriləcək. Əsas kanallarla yayımlanan canlı televiziya çıxışında İran lideri BMT Atom Energetikası Agentliyini tənqid edərək heç bir şərt qəbul etmədiyini deyib. “Agentlik bildirib ki, bizə 20 faiz zənginləşdirilmiş uranı bir şərtlə sata bilər. Agentliyə üzv ölkə kimi bizim ehtiyacımız təmin olunmalıdır. Əks təqdirdə biz onu özümüz istehsal edəcəyik”, - deyilir REUTERS agentliyinin xəbərində. İran liderinə əsasən maddəm ki, texnologiya ixrac olunmayıb, BMT-nin tələb etdiyi kimi yeni tikiləcək nüvə obyektlərinin yeri göstərilməməlidir. Çərşənbə axşamı Ağ Ev BMT Atom Energetika Agentliyindəki səfiri vasitəsi ilə İranı vaxtı uzatmamağa çağırıb. Susan Rice İrana dair beynəlxalq ictimaiyyətin səbrinin tükəndiyi bildirib. Təhlilçilərə görə, İran BMT ilə daha açıq əməkdaşlığa razı olmasa ona qarşı yeni sanksiyalar tətbiq oluna bilər. Belə sanksiyaların mümkünlüyü haqqında Amerika, Fransa və Britaniya rəsmiləri artıq danışmağa başlayıblar. Rusiya bir qədər əvvəl sanksiyaların mümkünlüyünü istisna etməyib. Bu arada Tehran onun ölkəsinə təzyiqlərdən çəkinməyə çağırır. İran prezidenti Mahmud Əhmədinejad İrana qarşı sanksiyaların nəticə verməyəcəyini deyib. “Enerji sektoruna təzyiqlər işləməyəcək. Benzinin idxalı yasaqlansa biz onun istehsalına həftə ərzində nail olacağıq ” , - deyib Milli Televiziya ilə çıxışında Mahmud Əhmədinejad. Iranın Xarici İşlər Nazirliyi bildirir ki, hökumət Atom Energetikası Təşkilatına yeni 10 reaktorun inşa olunacaq sahələrinin müəyyən edilməsinə dair göstəıriş verib. Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, bu iş gələn ilin sonunadək baş çatdırılmalıdır. "10 yeni obyektin tikiləcəyi razılaşdırılıb. Atom Energetikası təşkilatı obyektlərin yeri və onlardan beşi ilə bağlı digər mətləblərin həll edilməsiylə məşğuldur", - deyib Xarici İşlər Nazirliyinin sözçüsü.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar