SON XƏBƏRLƏR

Mehman Həsən: biz Millətimizdə bütövlük ruhu, bütövlük düşüncəsi yaratmalıyıq (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Mehman Həsən: biz Millətimizdə bütövlük ruhu, bütövlük düşüncəsi yaratmalıyıq (MÜSAHİBƏ)

Gunaz.tv
“Yeni Nəfəs” Gənclər Hərakatının başqanı Mehman Həsənin GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəni təqdim edirik. - Mehman bəy ilk öncə xöş gördük Sizi! Başqanı olduğunuz “Yeni Nəfəs” Gənclər Hərakatı haqqında oxucularımıza məlumat vermənizi istərdik. - Təşəkkür edirəm Elnur bəy. “Yeni Nəfəs” Gənclər Hərəkatı 2005 ci ildə Seymur Həsənlinin rəhbərliyi və bir qrup millətçi gəncin dəstəyi ilə qurulub. sıdır. Tarixən parçalanan vətənimiz bu gHərəkatın qurulmasında əsas məqsəd gənclərin milli mücadiləyə cəlb olunmaün sağlam gəncliyə çox böyük ehtiyac duyur. Sağlam gənclik dedikdə millətimizin, dövlətimizin milli maraqlarını anlayan, bu maraqlar naminə mücadilə aparan gənclik nəzərdə tutulur. Hərəkat da bu məqsədlə yarandı və bu günə kimi fəaliyyət göstərir. - Hərakat yarandığı vaxtdan indiyə kimi hansı işlər görüb? - Yeni Nəfəs bir məktəb olaraq quruldu. Millətçiləri yetişdirən məktəb. Çox sevinirəm ki, bu məktəbin artıq cəmiyyətdə öz yerini tutan məzunları vardır. Mən də və mənimlə birgə çalışan heyət də bir gün bu məktəbi bitirəcək. Amma bu məktəb daim var olacaq. Bayaq qeyd etdiyim kimi biz parçalanmış bir vətənin övladlarıyıq. Bu isə bizim üzərimizdə çox böyük öhdəliklərin olmasından xəbər verir. Yarandığı gündən bu günə qədər Yeni Nəfəs milli qayə naminə durmadan mücadilə aparır. Vasitələr müxtəlifdir. Keçirdiyimiz saysız-hesabsız tədbirlərdən payladığımız minlərlə təbliğat vərəqələrə qədər. Əlimizdə olan bütün vasitələrdən istifadə edərək mücadiləmizi sürdürürük. Virtual aləmdə təşkilatın rəsmi veb ünvanı olan www.yeninefes.org saytı fəaliyyət göstərir. Həmçinin “Yeni Nəfəs+” qəzeti nəşr olunur ki, biz də bu qəzetin ərsəyə gəlməsində və yayımında iştirak edirik. - Hərakatın daxildə və xaricdə fəaliyyət göstərən gənclər qurumları ilə əlaqələri hansı səviyyədədir? - Milli maraqlarımız naminə çalışan hər bir quruma bu günə qədər dəstək verdik və bu gündən sonra da əlimizdən gələn köməyi etməyə hazırıq. Biz Azərbaycanda fəaliyyət göstərən bir çox gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Bu təşkilatlarla birgə layihələr həyata keçiririk. Xaricdə də əlaqələrimiz vardır. Universitetdə hərəkatın üzvü olmuş bir çox gənclər vardır ki, onlar bu gün ayrı-ayrı xarici ölkələrdə yaşayırlar. Orda Azərbaycan naminə müəyyən işlər həyata keçirirlər. - Bu gün ki, Azərbaycan türk gəncliyinin milli ideoloji düşüncəsi sizi qane edirmi? - 70 il Sovet əsarəti millətimzin xüsusilə orta və yaşlı təbəqəsində müəyyən sapmalar yaradıb. Müstəqillik qazandıqdan sonra milli mədəniyyət, milli dövlətçilik ənənələrimizin yenidən bərpa prosesindəyik. Çox təəssüflər olsun ki, bu bərpa prosesində milli mənafeyə zidd olan qüvvələr gedişatı pozmağa yönələn addımlar atırlar. Bu gün xaricdən maliyyələşən və gənclərimizi parçalamağa çalışan qüvvələr vardır. Türkiyədən ölkəmizə gətirilən Nurçuluq, Vəhhabilik, İranın təsiri ilə formalaşan ifrat siyasi şiəçilik kimi dini məzhəblər var. Həmçinin Qərbin dəstəyi ilə Azərbaycanda kosmopolit düşüncəli gənclərin formalaşdırılması və s. Bütün bunların təbliği üçün milyonlarla pullar ayrılır. Amma bu cür qüvvələrin qarşısını ala biləcək BİZ varıq. Biz deyəndə geniş anlamda milli maraqları gözə alaraq mücadilə aparan cəbhə nəzərdə tuturam. Bu cəbhə günü-gündən daha da genişlənir və güclənir. - Hansı addımları atmaq lazımdır ki, gənclərimizin milli təfəkkürü daha da güclü formalaşsın? - Azərbaycanın çox güclü potensiala malik gəncliyi var. Sadəcə bizim əsas prioritet məqsədimiz bu potensialı millətimizin, dövlətimizin daha da güclənməsi naminə istifadə etməkdir. Biz bu gün var gücümüzlə bu amal uğrunda çalışırıq. Hər bir millətin onun sabahını düşünəcək gəncliyə ehtiyacı vardır. Bu cür gəncliyin çox olması, o millətin sabahının daha da işıqlı olacağından xəbər verir. - Bir gənc olaraq Güney Azərbaycan Milli Azadlıq Hərakatı haqqında fikirləriniz nədən ibarətdir? - Bu gün azərbaycan türklərinin böyük bir hissəsi, 38 milyonu Güney Azərbaycanda fars şovinizminin işğalı altındadır. Farslar orda Türk kimliyinə qarşı bir müharibə aparırlar. Bu müharibə özünü bütün müstəvilərdə biruzə verir. İstər mədəniyyət, istər dil, istərsə də milli kimliyin məhvi naminə assimilyasiya siyasəti yürüdür. Sözsüz ki, bu çox da davam edə bilməz. Bu cür basqılar əslində soydaşlarımızı daha da mübariz edir. İran rejimi qapalı bir sistemdir. Dünyanın heç bir sivil dövlətində bu cür qaydalar yoxdu. Bu cür geri qalmış bir rejim bir gün mütləq dağılacaqdır. Və o bir gün tezliklə olacaqdır. Biz o günə hazır olmalı və Quzeydə bütövlük ruhu, bütövlük düşüncəsini yaratmalıyıq. - Sonda Mehman bəy Sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığınıza görə gələcək işlərinizdə uğurlar arzu edirik. - Sağ olun Elnur bəy. Mən də sizə öz təşəkkürümü bildirir və işlərinizdə uğurlar arzulayıram. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar