SON XƏBƏRLƏR

İranda QİÇS-ə (Aids) yoluxma faktlarının səbəbi dəyişməkdədir

2021.10.20, 07:36
İranda QİÇS-ə (Aids) yoluxma faktlarının səbəbi dəyişməkdədir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, infeksiya xəstəliklərinə yoluxmuş xəstələrə yardım göstərən qurumun sədr müavini cənab Doktor Minu Mohrez bəyan edib ki İranda son zamanlarda QİÇS-ə yoluxmuş xəstələr cinsi əlaqələr nəticəsində baş verib. O vurqulayıb ki biz qəbul etməliyik ki bizim toplumun bir sıra nümayəndələrində təhlükə doğuran rəftarlar var, məhz bu rəftarlar QİÇS virusunun daşınıb və yayılmasına səbəb olur. Minu Mohrez cinsi əlaqələrın qorunmalı olduğununu vurqulayaraq İran tele-kanallarını düzgün məlumat çatdırmamaqda suçlayıb. O 80 faiz insanların cinsi əlaqələrdə qoruyucu rolunu oynayan vasitədən xəbərsiz olduqlarını bildirib. Qeyd edək ki başqa məlumata görə, İran Səhiyə Nazirliyinin rəsmi məlumatına görə, İranda 3 ay müddətində 94 nəfər qeyd etdiyimiz xəstəlikdən dünyasını dəyişib. Bu o deməkdir ki İranda hər gün bir nəfər QİÇS-dən həlak olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar