SON XƏBƏRLƏR

Həbsdə olan milli fəal Əli Babainin həyat yoldaşı saxlanılıb

2023.10.31, 14:31
Həbsdə olan milli fəal Əli Babainin həyat yoldaşı saxlanılıb

Heç bir səbəb bildirilmədən 49 gündür həbsdə olan Əli Babainin həyat yoldaşı İlham Cavanşır saxlanılıb.

Gunaz.tv

Təbrizin Təhlükəsizlik İdarəsinin 6 mülki geyimli məmuru xanım İlham Cavanşiri tutmaq məqsədi ilə dünən oktyabrın 30-u mağazasına gəlib.

İlham xanım və qonşu mağazaların sahibləri etiraz ediyindən məmurlar qayıtmalı olublar. Lakin bu gün səhər məmurlar yenə mağazaya gələrək onu idarəyə aparıblar.

İdarənin məmurları onun saxlanılmasına güney azərbaycanlı milli fəallarını sosial şəbəkələrdə müdafiə etdiyinin səbəb olduğunu bildiriblər. 

Xanım İlham Cavanşir bir müddətdir xeyli sayda güney azərbaycanlı milli fəalların saxlanılmasından sonra onların və həyat yoldaşı Babainin haqq səsini sosial şəbəkələrdə paylaşaraq müdafiə edib. 

Lakin hakimiyyətin orqanı olan Təbrizin Təhlükəsizlik İdarəsi söz azadlığı prinsipinə zidd olaraq onu da saxlayıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar