SON XƏBƏRLƏR

Bu gün Xalq Şairi Məmməd Arazın ölümündən 5 il ötür

2021.10.20, 07:36
Bu gün Xalq Şairi Məmməd Arazın ölümündən 5 il ötür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün (1 dekabr) Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın vəfatının ildönümüdür. Görkəmli şair Məmməd Araz 5 il öncə dekabr ayının 1-də hayatla vidalaşıb. Böyük Şair Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olub. Azərbaycanda çıxan müxtəlif jurnal və qəzet redaksiyalarında məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. O, 1974-cü ildən ömrünün sonuna kimi «Azərbaycan təbiəti» jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib. Qeyd edək ki Xalq şairi Məmməd Araz 14 oktyabr 1933-cü ildə anadan olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar