SON XƏBƏRLƏR

keçmiş baş nazir Toni Bleyer Bakıya gəlir

2021.10.20, 07:36
keçmiş baş nazir Toni Bleyer Bakıya gəlir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Bakıya gəlir. Səfər çərçivəsində Toni Bleyer Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda metanol zavodunun inşası üçün 120 milyon dollarlıq kredit ayrılmasına dair müqavilənin imzalanması mərasimində iştirak edəcək. Kredit maliyyələşməsi iki formada həyata keçiriləcək. 90 milyon dollar 9 il müddətinə bank vəsaitlərindən veriləcək, qalan 30 milyon isə 10 il müddətinə hissə hissə ödəniləcək. Tikinti işlərinə isə 2007-ci ildən başlanılıb. Zavodun inşası layihəsinin ümumi dəyəri 300 milyon dollardır. Qaradağ rayonunda yerləşəcək müəssisə metanol istehsal edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar