SON XƏBƏRLƏR

İranda 5 Britanyalı turist həbs edilib

2021.10.20, 07:36
İranda 5 Britanyalı turist həbs edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 5 İngilis turist körfəzdəki İran dəniz sularına keçdikdən sonra İran hərbi dəniz qüvvələri tərəfindən saxlanılıb. Həbs faktı Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib. Böyük Britaniya Xarici İşlər Nazirliyi Bəhreynindən Dubaya yollanan turistlərin səhvən İranın ərazi sularına daxil olduqlarını söyləyib. Hazırda rəsmi London vətəndaşlarınn azad olunması üçün İran tərəfiylə danışıqlar aparır. Rəsmi Tehran turistlərin qeyri-qanuni olaraq sərhədi keçdikləri üçün həbs olunduqlarını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar