SON XƏBƏRLƏR

Müsavat Partiyası günahsız soydaşlarımızın həbsə atılmasını pisləyib

2021.10.20, 07:36
Müsavat Partiyası günahsız soydaşlarımızın həbsə atılmasını pisləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Müsavat Partiyası Güney Azərbaycanda 13 nəfər azərbaycanlının may hadisələri ilə əlaqələndirilərək həbsə atılmasını kəskin pisləyib. SİA-nin Müsavat Partiyasının mətbuat xidmətinə istinadən yaydığı məlumatda bildirilir ki partiyanın divanı İranda azərbaycanlılara qarşı baş verənləri qınayır. Həmçinin Partiyanın divanı qeyd edib ki İran rejimi soydaşlarımızın öz milli hüquqları uğrunda mübarizə aparmasından çox ciddi narahatdır və bunun qarşısını almaq üçün fəallıq göstərən soydaşlarımızı müxtəlif bəhanələrlə həbsxanaya atır. Yayılmış məlumata görə, Müsavat Partiyası İran hakimiyyətindən günahsız soydaşlarımızı həbsdən azad etməyi tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar