SON XƏBƏRLƏR

Milli-mədəni fəal İbadət Mədədi həbs olundu

2021.10.20, 07:36
Milli-mədəni fəal İbadət Mədədi həbs olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, milli-mədəni fəal İbadət Mədədi Negaristan 26 noyabrda tutuqlanaraq Təbriz zindanına salınıb. Mədədi iki qardaşı ilə birlikdə 2006-ci il 22 may hadisələri (xordad hadisələri) zamanı İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıb və 35 gün saxlanıldıqdan sonra mülki girov vəsiqəsi qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Adını çəkdiyimiz milli fəal 2006-ci ilin son aylarında Təbriz İnqilab Məhkəməsi tərəfindən 34 ay həbs cəzasına məhkub edilir ancaq 2007-ci ildə Şərqi Azərbaycanın Apelyasıya Məhkəməsi (dadqah-i-təcdidnəzər) Mədədiyə kəsilmiş 34 ay həbs qərarını 8 aya qədər qısaldır. Aldığımız məlumata görə, Mədədinin ittihamı ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyət göstərmək və pantürkizm qrupunda üzvlükdən ibarətdir. Hakim Əli Əkbəri bu ittihamları, 22 may hadisələrində (xordad hadisələri) iştirak etmək, Eynalı Dağında milli yönlü şüarlar səsləndirmək, Babək Qalası Mərasimində iştirak etmək, Doktor Fərzanənin yas mərasiminə qatılmaq və Doktor Çöhrəqanlını bir deputat namzədi kimi çıxış mərasimini öz evində təşkil etməklə əsasəandırır. Xatırladaq ki cənab Mədədi Təbrizd şəhərindəndir o illərdir ki İran Təhlükəsizlik Qüvvələri tərəfindən təzyiqlərə məruz qalır. Mədədi indiyə qədər dəfələrlə tutulub və həbs olunubdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar