SON XƏBƏRLƏR

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Amerikaya gedəcək

2021.10.20, 07:36
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Amerikaya gedəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Amerika Birləşmiş Ştatlarına getməyə hazırlaşır. O dekabrın 7-də Amerika Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə görüşəcək. Türkiyə KİV-i görüşdə müzakirə oluna biləcək mümkün mövzuları açıqlayıb. Görüşdə Türkiyə-Ermənistan münasibətləri ilə birlikdə Dağlıq Qarabağ məsələsi, PKK mövzusu və İranın nüvə proqramı müzakirə olunmalıdır. Amerika prezidenti və Türkiyənin baş naziri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsindən danışacaqlar. Çox güman ki, Barak Obama ölkələr arasında imzalanmış protokolların parlamentlərdə ratifikasiyasının vacibliyini vurğulayacaq. Rəcəb Tayyip Ərdoğan isə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atılmadan protokolun Türkiyə Böyük Millət Məclisində ratifikasiyasının çox çətin olduğunu Birləşmiş Ştatlar prezidentinə çatdıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar