SON XƏBƏRLƏR

Nofəl Ədalət: Çalışmalıyıq Güney Azərbaycan unudulmasın, meydanda tək qalmasın (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Nofəl Ədalət: Çalışmalıyıq Güney Azərbaycan unudulmasın, meydanda tək qalmasın (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün Azərbaycan mediası Güney Azərbaycan məsələsinə yetərincə diqqət ayırırmı və hansı addımları atmaq lazımdır ki, Güneydə gedən proseslər gündəmdə olsun bu haqda ünvanladığımız suallarımızı tanınmış jurnalist, publisist Nofəl Ədalət GÜNAZ.TV Mətbuat Xidmətinə cavablandırır. - Nofəl bəy xöş gördük Sizi! Sizə İlk sualımız Güney Azərbaycan Milli Hərakatı haqqındadır. Media işcisi olaraq orada gedən prosesləri izləyirsinizmi? - Salam! Çox təşəkkür edirəm sizə, sizin dəyərli rəhbərliyinizə bu məsələni qaldırmısınız. Əvvəlcə, onu deyim ki, mənim qəlbimdə Güney və Qüzey anlamından Öndə Bütöv Azərbaycan var. Bu Azərbaycanın baş kəndi Təbrizdi, Zəncandı, Dərbənddi, Borçalıdı, Şuşadı nəhayət Bakıdır. Məndə media numayəndəsi, müəllim olmaqdan öncə bu Bütöv Azərbaycanın bir əsgəriyəm. Sualınıza gəldikdə: Bəli, İstər cənubda gedən prosesləri,istərsədə cənubla bağlı olan hər bir hadisə diqqət mərkəzimdə olur. Ancaq bu mənim media numayəndəsi olaraq diqqət mərkəzimdə olur deməkdə doğru olmaz. Mənim eləcədə hər bir soydaşımızın mənəvi borcudur ki, haqqı taptanan,qardaş və bacılarımızın harda yaşamasından aslı olmayaraq onların problemləri ilə maraqlanaq, onların azadlıq mucadiləsinə yetırincə dəstək verisin. Bizim birgə mubarızəmizin üzərində Güneyli, Qüzeyli, vahid bir Azərbaycan öz istqilaliyyətinə qovuşacaq. Bir sıra həmkarlarımız,eləcədə müəyyən qurup vətəndaşlarımız Şimali Azərbaycanın müstəqilliyini elan etdikdən sonra azadlıq mücadiləsini bitmiş hesab etdilər. Əslində isə bu mubarızə gedir və medya bu işdə öz köməyini göstərməlidir. Biz nədənsə bu millətin başına gətirilən tarixi cinayətləri unuduruq, Bu gün biz niyə dünyaya bəyan etməyək “Gülüstan”, “Türkməncay” cinayətlərini. Nəyin ki,dünyaya sadə vətəndaşlarımız var ki, bunu bilmir. - Bu gün Azərbaycan mediası Güney Azərbaycan məsələsinə yetərincə diqqət ayırırmı? Xeyir. Bu gün Güney Azərbaycanda gedən prosesləri yetərincə işqlandıran medya qurumu deyərdim ki, yoxdur. Müəyyən qəzetlərimiz var ki,hər bir saylarında bu məsələləri öz diqqət mərkəzlərində saxlayırlar ancaq buda çox azdır,deyərdimki barmaqla sayılacaq qədərdir. Məsələn: “Türküstan” qəzeti hər sayında Cənubu Azərbaycan məsələsini,iranın soydaşalarımıza qarşı tutduğu divandan, orda olan özbaşınalıqdan məlumat verir. Ancaq baxaq görək bu informasiyaları nə qədər oxucu oxuya bilir. Müəyyən sıxıntılarla nəşr olunan bu qəzet cəmi 2000 min trajla dərc olunur. Mən belə düşünürəmki iranda baş verən hadisələrin cüzi bir hissəsindən xəbərimiz olur. Burada iran rejiminin diktator baltası ilə yanaşı bizim iranla bağlı güclü informasiya mərkəzimizin olmamasıdır. Şimali Azərbaycanda belə bir mərkəz yaratmaq olar. Bu mərkəzin köməkliyi ilə Fars rejminin gerçək üzünü dünyaya bəyan etmək mümkündür,eləcədə xaricdə yaşayan soydaşlarımıza. Mövcud zamanda televizyalar güclü təbiliğat vasitəsidir nə yazıqki Güneylə bağlı informasiyalara biz televiziyalarımızda rast gəlmirik. Milli televizyalarımız Güney Azərbaycan problemlərini gündəmdə saxlamalıdır. - Ümümiyyətlə nə etmək lazımdır ki, Güney Azərbaycan məsələsi daim gündəmdə olsun və dünyanın hər yerində yaşayan soydaşlarımız orada gedən proseslər haqqında bilgilərə sahib olsunlar. - Bu məsələnin daimi gündəmdə saxlanması birinci növbədə Cənubla bağlı hərakatların birliyi lazımdır. Nə qədər ki bizim birliyimiz olmayacaq biz öz haqq səsimizi yetərincə kimsələrə duyura bilməyəcəyik. Eləcədə xaricdə yaşayan soydaşlarımıza. Parçalanmaq illər boyu bu milləti çətin duruma salıb, elə bizim bu parçalanmağımız üzündən idiki Bütöv Azərbacan torpaqları nəyin ki İranın, Ermənistanın bunlarla yanaşı digər qonşu ölkələrində ərazilərinə zaman-zaman qatılıb. İkinci bir tərəfdən xarıcdə olan diaspor təşkilatlarımızla Azərbaycan dövləti lazımı iş aparmalıdır. Biz gözləməməliyik ki,hansısa Avropa ölkəsi bizim problemlərimizi öz gündəminə gətirəcək. Xarici dövlətlərin bizim maraqlarımızı müdafiə etməsini görə bilərik, ancaq bu işdə birinci növbədə öz dövlət maraqları vardır. Onlar heçbir zaman öz mənafeylərini qoyub bizim üçün mübarizə aparmayacaq. Azərbayca Respubilkası bir mənalı şəkildə bu məsələyə diqqət ayırmalıdır. Bilirik ki, İran rejiminin zülümündən ölkəni tərk edərək xaricə milyonlarla Soydaşımız üz tutub,bu gün onların haqq səsinə dəstək olmaq, onların bir məqsəd uğrunda mucadiləsinə yardımçı olmaq ölkə başcısından tutmuş hər bir səlahiyyətli şəxsin borcudur. Dövlət bunu etmirsə, o zaman bu yük bizlərin üzərinə düşür. Biz imkanımız çatan nə varsa bu yolda qurban verməyə hazır olmalıyıq, Çalışmalıyıq Güney Azərbaycanı unudulmasın,meydanda tək qalmasın. - Bəs, neçə düşünürsünüz əvvəl ki, illərlə müqayisədə hazırda Güney Azərbaycan Milli Hərakatı beynelxalq arenada tanına bildimi? - Azərbaycan Milli hərakatının beynəlxalq arenada kifayət qədər tanınır. Əsas beynəlxalq səviyyədə iş görməkdir. Günaz. TV nin fəaliyyəti alqışa laiqdir ki bu sırada iş görür. Ancaq buna qane olaraq dayanmaq olmaz. Güneylə bağlı Milli qurtuluş mücahidlərinin,milli hərakatların biri biri arasında soyuq münasibətlərin olmasıda bu işlərə güclü əks təsirini göstərir. Bundansa biz deyil Fars rejmi yararlanır. Mənim ücün milli mübariz var və bu mubarizənin ən sıravı üzvü bel bir liderdir. Nə vaxt ki, biz daxili intriqalarımızı, şəxsi ambisiyalarımızı kənara qoyduq, onda beynalxalq arenada bizimlə hesablaşacaq. Bu həqiqətdir ki, istənilən dövlət öz milli maraqlarını digər xalqın mənafeyindən daim üstün tutur. Heç bir qərb ölkəsi Iranı parçalayıb orada Azərbaycan yaratmaq niyyətində deyil. Bunu biz etməliyik,onda beynalxalq qurumlarda bizimlə razılaşacaq, eləcədə bizim bu qüvvəyə malik olduğumuzu bilsələr. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar