SON XƏBƏRLƏR

“Borçalı Təbrizə, Təbriz Borçalıya dayaq” mövzusunda toplantı keçirilib

2021.10.20, 07:36
“Borçalı Təbrizə, Təbriz Borçalıya dayaq” mövzusunda toplantı keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünən “Borçalı” İctimai Cəmiyyəti “Borçalı Təbrizə, Təbriz Borçalıya dayaq” mövzusunda toplantı keçirib. Toplantıda Azərbaycanın folklor nümunəsi olan aşıq sənətinin inkişafı, Borçalı və Təbrizin ümumi problemləri, o cümlədən mədəniyyət mübadiləsinə dair məsələlər müzakirə edilib. “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bizimlə söhbətində dedi ki, tədbirin mövzusu maraqla qarşılanıb: “Borçalı Təbrizə, Təbriz Borçalıya dayaq” mövzusunda elmi-bədii toplantıya Güneydə aşıq sənətinin mükəmməl qoruyucuları Böyük bəy Hacıəkbəroğlu, İbrahim Qaradağ, Muxtar Qaradaşı da qatılmışdılar. Onların hər üçü cəmiyyətin fəxri üzvü seçildilər. Güneylə əlaqədar olan digər təşkilatlar da tədbirə dəvətli idi. Borçalıdan saz sənətinin inkişafı ilə bağlı dərviş Osman Əhmədoğlu çıxış etdi. Aşıq Cahangir, Fikrət sazda ifa etdilər. Folklorşünaslarımız folklor dilində, sazəndələrimiz sazla, şairlərimiz şeirlə, siyasilərimiz siyasi anlamda öz fikirlərini səsləndirdilər. Əsas məruzəçi kimi isə AMEA Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Vidadi Mustafayev idi. Toplantıda həmçinin Borçalıda və Təbrizdə yaşanan problemlər müzakirə olundu. Millət vəkillərindən Nəsib Nəsibli, Arzu Səmədbəyli də tədbirə dəvət olunmuşdular. Qeyd edim ki, Nəsib Nəsibli və folklorşünas Elxan Məmmədli cəmiyyətin fəxri mükafatı ilə təltif edildi". Z.Məmmədlinin bildirdiyinə görə, qurum gələcəkdə bu cür tədbirlərin keçirilməsini intensivləşdirəcək.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar