SON XƏBƏRLƏR

Təcridxanada saxlanılan milli fəalların həbs müddəti uzadıldı

2023.11.03, 11:56
Təcridxanada saxlanılan milli fəalların həbs müddəti uzadıldı

Təbrizdə təhlükəsizlik təcridxanasında saxlanılan 8 milli-mədəni fəalın həbs müddəti növbəti dəfə 1 ay müddətinə uzadılıb.

Gunaz.tv

Bildirilib ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, prokurorluq fəalların girov qarşısında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmaları ilə razılaşmayıb.

12 fəal sentyabrın 9-dan oktyabrın 1-ə qədər təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, onlardan 4-ü sərbəst buraxılsa da, 8-i həbsdə saxlanılıb.

Qeyd edək ki, fəallar hazırda Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasında saxlanılırlar, onların həbs səbəbləri və ittihamları barədə açıqlama verilmir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar