SON XƏBƏRLƏR

İran parlamenti şübhəli məqsəd üçün 20 milyon dollar pul ayırıb

2021.10.20, 07:36
İran parlamenti şübhəli məqsəd üçün 20 milyon dollar pul ayırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikası Qərb əleyhinə hərbiləşdirilmiş qrupların yaradılması üçün dövlət büdcəsindən 20 milyon dollar ayırmaq qərarına gəlib. Qanunvericilər bu vəsaiti Amerika və Britaniyaya arxalanan qrupların konspirasiyalarından müdafiə məqsədi ilə təsdiq edib. Millət vəkilləri pulun Qərb əleyhinə olan "proqressiv hərəkatlara" sərf ediləcəyini deyirlər. Bu qrupların adı çıkilməsə də onların "Həmas" və "Hizbullah" olduğu düşünülür. Yerli kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, vəsaitin bölüşdürülməsi və xərclənməsi yollarını Xarici İşlər və Kəşfiyyat Nazirlikləri müəyyən edəcək. Bu vəsait İrana qarşı hər hansı bir qəsdin aşkar edilməsinə yönəldiləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar