SON XƏBƏRLƏR

Əli Laricani Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını kəsəcəyi barədə xəbərdarlıq verib

2021.10.20, 07:36
Əli Laricani Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını kəsəcəyi barədə xəbərdarlıq verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, BMT-nin nüvə agentliyinin İranın nüvə fəaliyyətləri ilə bağlı qətnamə qəbul etməsindən iki gün sonra İran parlamentinin spikeri Əli Laricani Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını kəsəcəyi barədə xəbərdarlıq verib. Laricani deyib ki, İran beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlərə məruz qalsa, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını nəzərdən keçirəcək. İran parlamenti spikerinin reaksiya verdiyi qətnamədə İran bu yaxınlarda aşkar edilən uran zənginləşdirmə obyektinin tikintisini dayandırmağa, başqa gizli nüvə fəaliyyətinin olmadığını təsdiq etməyə çağrılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar