SON XƏBƏRLƏR

Vaşinqton və London İranın yeni reaktorlar tikəcəyi barədə bəyanatına reaksiya veriblər

2021.10.20, 07:36
Vaşinqton və London İranın yeni reaktorlar tikəcəyi barədə bəyanatına reaksiya veriblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "bbc"-yə istinadən yaydığı məlumata görə, Britaniya ilə Aerika Birləşmiş Ştatlar İranın yeni reaktorlar tikəcəyi barədə bəyanatı ilə bağlı narahatlıqlarını bildirirlər. Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Tehranın niyyətləri BMT Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir. Adının məxfi saxlanılması şərti ilə REUTERS agentliyinə müsahibəsində yüksək rütbəli Amerika rəsmisi deyib ki, 10 yeni reaktorun tikiləcəyi barədə bəyanat Tehranın beynəlxalq öhdəlikləri ilə daban-dabana ziddiyyət təşkil edir. "Yeni reaktorların tikilməsi beynəlxalq öhdəliklərin pozulması deməkdir", - deyib rəsmi. Bu bəyanatlar mübadiləsi iki gün əvvəl İranın Qom şəhərindəki reaktorda işlərin dayandırılmasına dair BMT Atom Energetika Agentliyinin çağırışı fonunda səslənir. İran prezidenti Mahmud Əhmədinejad deyib ki, 10 yeni zavodun tikilməsi ilə bağlı yerlərin müəyyən ediləcəyinə dair tapşırıq verib: "Biz nüvənin zənginləşdirilməsi üçün müxtəlif zavodlara malik olmalıyıq. Ən azı bizə 10 zavod lazımdır. 5 obyekt artıq hazırlanıb. Əlbəttə ki, biz hələ ki, yerləri müəyyən etməmişik. Biz rəsmilərə müvafiq yer tapmaq üçün möhlət veririk", - deyib İran lideri. ABŞ İranın nüvə proqramının hərbi təyinatlı olduğundan şübhə edir. Tehran bu barədə ittihamları rədd edir, lakin uranın zənginləşdirilməsi üzrə ikinci zavodun aşkar olunması bu cür şübhələri gücləndirib. Ötən cümə günü qəbul edilən BMT sənədində İrana "etimadsızlıq" göstərilib. 2006-ci ildən bəri İrana dair ilk qətnaməsində Tehran bütün obyektlərini aşkar edərək BMT müşahidəçilərinin üzünə açmağa çağırılıb. Qətnamə İrana dair sanksiyalar məsələsini açıq qoyub. lakin müxbirlər deyirlər ki, qətnamənin Rusiya tərəfindən dəstəklənməsi əlamətdar haldır və İranın daha çox təcrid olunduğuna dəlalət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar