SON XƏBƏRLƏR

Əhməd Xatəmi BMT nüvə agentliyini hədələdi

2021.10.20, 07:36
Əhməd Xatəmi BMT nüvə agentliyini hədələdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın Yüksək rütbəli ruhanisi Ayətulla Əhməd Xatəmi Tehran universitetində Qurban Bayramı münasibətilə söylədiyi xütbədə bildirib ki BMT nüvə agentliyi yanacaq verməkdən imtina etdiyi təqdirdə İslam Respublikası özünün zənginləşdirilmiş uranını istehsal edəcək. O əlavə edib ki İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin yardımından asılı olmayaraq öz reaktorunu yanacaqla təchiz etməyə ixtiyarı var. Ruhani BMT agentliyini cümə günü qəbul etdiyi qətnaməyə görə sərt tənqid edib. O, qətnamənin texniki deyil, siyasi motiv daşıdığını deyərək BAEA-nın etimadını itirdiyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar